əsas üç amilin böyük rol oynadığı göstərilir: 1) Kim öyrədir; 2)
Nəyi öyrədir; 3) Necə öyrədir.
Bu üç amil strategiyada öz əksini tapmış və müəllim
şəxsiyyətinə böyük önəm verilmiş, müəllim əsas sima kimi
göstərilmiş və səriştəli müəllim kadrlarının yetişdirilməsi məsələsi
irəli sürülmüşdür. Səriştəli müəllimin fəaliyyətinə verilən əsas tələb
onun onun peşə kompetensiyalarına malik olmasıdır. “Səriştəli
müəllim” anlayışı pedaqogika aləmində yeni bir anlayışdır. Bəzi
pedaqoji ədəbiyyatda bu “Pedaqoji mərifət”, “Pedaqoji ustalıq”
kimi də işlənmişdir.
Qarşımızda duran əsas vəzifələrdən biri müasir dövrə uyğun
hərtərəfli inkişaf etmiş şəxs yetişdirmək, dərin bilikli, geniş
dünyagörüşlü, yüksək əxlaq və mənəviyyata sahib insan
yetişdirməkdir. Elə bir insan ki, keçmiş irsi yaşada bilir, bu günün
reallığını görə bilir və gələcəyi təsvir edə bilir. Yəni yetişdirdiyimiz
insan bu gün dünənkindən, sabah isə bugünkündən daha bilikli və
daha hazırlıqlı olmalıdır.
Strategiya ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya
ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil
menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura
malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə
tədbirlər görülməsini nəzərdə tutur. Bu sənəddə strategiyanın demək
olar ki, bütün istiqamətlərində səriştəli müəllim hazırlığı problemi,
təhsilin məzmunu, forma və metodlarının yeniləşdirilməsi,
müəllimlərin peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, xarici
ölkələrin təhsil sahəsində iş təcrübələrindən faydalanmaq kimi
məsələlər diqqət mərkəzindədir.
Dostları ilə paylaş: |