Microsoft Word Azf-285346. doc


Strategiyanın dördüncü istiqaməti



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə21/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   17   18   19   20   21   22   23   24   ...   76
Azf-285346

       Strategiyanın dördüncü istiqaməti ömür boyu təhsili təmin 

edən təhsil infrastrukturunun yaradılmasıdır. 

       Bəli, təhsil işçisi, müəllim və  tərbiyəçilər daim oxuyub, 

öyrənməli, öz təhsilini, ixtisas biliyini müntəzəm olaraq 

dərinləşdirməlidir. Öyrənmədən öyrətmək olmaz. Strategiyada 

göstərilir: “Bilik və bacarıqlarını davamlı artıran müəllimlər 

təhsilalanların nailiyyətlərinə  əlavə töhfə verirlər”. Burada 

 

müəllimin səriştəlilik, tədqiqatçılıq bacarıq və qabiliyyətinin inkişaf 



etdirilməsi, müəllimlərin elmi-tədqiqat işlərinə  cəlb edilməsi xüsusi 

əhəmiyyət kəsb edir. Bu istiqamət həmçinin təhsil müəssisələrində 

informasiya-kommunikasiya texnologiyaları 

əsaslı 


təlim 

metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil 

müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı 

və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, 

yaşlıların təhsili, peşə-ixtisas və  təhsil məsələləri üzrə  məsləhət 

xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı 

peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların 

yaradılması kimi tədbirləri ehtiva edir. Həmçinin bu istiqamətdə 

göstərilir ki, ”ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün 

kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil 

resurslarından istifadə imkanları genişləndirilməlidir...” Bütün bunlar 

isə son nəticədə iqtisadi inkişafa səbəb olur. “İnsanın ömür boyu 

təhsil almaq tələbatının ödənilməsi isə  təhsilin iqtisadi həyatda 

rolunu yüksəldən amillərdən ən mühümüdür” . 




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin