Microsoft Word Azf-285346. doc


Strategiyanın ikinci istiqaməti



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə20/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   16   17   18   19   20   21   22   23   ...   76
Azf-285346

      Strategiyanın ikinci istiqaməti  təhsil sahəsində insan 

resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət yeni 

pedaqoji texnologiyaların tətbiqini, innovativ metodlardan istifadəni 

də özündə birləşdirir.  

       Bu  istiqamət təhsilin məzmununun səmərəli mənimsənilməsini 

təmin edən, yeni pedaqoji texnologiyalardan fəal istifadə edən 

səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir. Burada 

təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların 

nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması, 



 

18

təhsilalanların istedadının aşkar olunması  və inkişafı ilə bağlı 



aparılan işlər, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv 

təlim metodologiyasından istifadə xüsusi diqqətə alınır. Bu bir növ  

“necə öyrətmək” məsələsini özündə ehtiva edir. Strategiyada 

göstərilir ki, “Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş 

ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya 

texnologiyalarına  əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və 

təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv 

təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə

davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması  və 

müəllimlərin səriştəsinin artırılması  təhsil siyasətində mühüm yer 

tutur”. Bu gün məktəblərimizdə  tədris prosesində interaktiv təlim 

metodlarından istifadə getdikcə genişlənməkdə, artmaqda və öz 

səmərəsini verməkdədir. Avropa  alimlərinin fikrincə, səmərəli, 

təkmil pedaqoji  fəaliyyətin yarısı pedaqoji texnologiyaların, o biri 

yarısı isə müəllimin pedaqoji ustalığının payına düşür.        

      Strategiaynın üçüncü istiqaməti  təhsildə  nəticələrə görə 

cavabdeh,  şəffaf və  səmərəli idarəetmə mexanizmlərinin 

yaradılmasıdır. 

 Müasir  təhsili idarəetmə quruluşunda tənzimləmə  və  əməliyyat 

funksiyaları ayrılmalı, akkreditasiya, sertifikatlaşdırma və peşə 

təhsili üzrə yeni idarəetmə strukturlarının yaradılması  nəzərdə 

tutulur.   

      Bu  istiqamət təhsil sistemində  tənzimləmə  və idarəetmənin 

qabaqcıl beynəlxalq təcrübə  əsasında müasirləşdirilməsi, təhsil 

müəssisələrində  nəticəyönümlü,  şəffaf idarəetmə modelinin, təhsilin 

keyfiyyətinin təminatı  və idarə olunması üzrə yeni məlumat – 

hesabat, informasiya sistemlərinin yaradılması kimi hədəfləri  əhatə 

edir.  İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə 

idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Valideynlərin, 

ictimai təşkilatların nümayəndələrinin, tələbələrin idarəetmə 

prosesinə  cəlb edilməsi aktuallıq kəsb edir. Strategiyada deyildiyi 

kimi  “Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin 

müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə  və  təhsil 



 

19

prosesinin digər iştirakçılarını geniş  cəlb etməklə  təhsil ocaqlarının 



idarə olunmasını, nəticəyönümlü menecmentin və digər müasir 

idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir”. 




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin