PROTOKOL № 1
19 dekabr 2023-cü ildə Bakı şəhəri, 286 nömrəli tam orta məktəbdə XI sinif şagirdlərinin valideyn iclası keçirildi.
İştirak etdi: 120 valideyn, 5 sinif rəhbəri, direktor Mehdi-zadə Samir, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülbabayeva Zahirə, müəllim-şagird-valideyn assosiasiyasının sədri Quliyeva Nəzakət, sahə polis müvəkkili Hacıyev Vüqar Saleh oğlu
İCLASIN GÜNDƏLİYİ:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsil islahatlarının ümumi təhsil məktəblərində həyata keçirilməsində valideynlərin vəzifələri.
2. XI sinif şagirdlərinin məktəb nizamnaməsinə əməl etmələri barədə.
EŞİDİLDİ:
1.Birinci məsələ haqqında təlim-tərbiyə işləri üzrə direktor müavini Gülbabayeva Zahirə məruzə etdi.(əlavə 1)
2. İkinci məsələ haqqında müəllim-şagird-valideyn assosiasiyasının sədri Quliyeva Nəzakət məruzə etdi.(əlavə 2)
ÇIXIŞLAR:
1.Məktəbin direktoru- Mehdi-zadə Samir: İslahat uzunmüddətli proqramdır. Müasir dövrdə təlim-tərbiyə şagirdlərin və valideynlərin tələbinə müvafiq şəkildə, yerli şərait və milli xüsusiyyətlər nəzərə alınmaqla qurulmalıdır. Əhali arasında pedaqoji təbliğatı, valideynlərin maarifləndirilməsi işini yüksəltmək üçün müəllim və tərbiyəçilər ailələrlə ciddi iş aparmalıdırlar.
2. Müəllim-şagird-valideyn assosiasiyasının sədri-Quliyeva Nəzakət: Bu işdə valideynlərin üzərinə mühüm vəzifələr düşür. Biz uşaqların ailədə tərbiyəsi ilə ciddi məşğul olmalı, məktəbə ümumxalq köməyinin təşkilində fəallıq göstərməli, bunun üçün bütün imkanlardan istifadə etməliyik.
3. Sahə polis müvəkkili-Hacıyev Vüqar Saleh oğlu: Uşaqların tərbiyəsində valideynlərin rolu böyükdür. Buna görə də islahatların həyata keçirilməsində ailə ön plana çəkilir. Bu işdə məktəb, ictimaiyyət, əmək kollektivləri, mənzil-istismar idarələri ailə ilə birgə fəaliyyət göstərməlidir.
QƏRAR:
1. Azərbaycan Respublikasında təhsil islahatının həyata keçirilməsində valideynlərin fəaliyyəti ilə əlaqədar tədbirlər planı təsdiq edilsin.
2. Mənzil-istismar sahəsinin sədri, sahə polis müvəkkilliyinin əməkdaşları yaşayış yerində yeniyetmə və gənclərin tərbiyəsi, onların asudə vaxtlarının səmərəli şəklində təşkili işində ailələrlə birgə tədbirlər həyata keçirilsin.
3.Qərarın icrasına nəzarət müəllim-şagird-valideyn assosiasiyasına və məktəb rəhbərliyinə tapşırılsın.
Sədr: R.Babayev
Katib: K.Vəliyev
Dostları ilə paylaş: |