Özünütərbiyə- insanın özündə zehni, mənəvi, fiziki, estetik və s.
keyfiyyətləri, adət, rəftar və davranışını təkmilləşdirməyə
yönəldilmiş şüurlu və müntəzəm fəaliyyətidir.
Əsl özünütərbiyə işi insanın kamilləşmək, öz idealı səviyyəsinə
çatmaq, cəmiyyətdə fəal mövqe tutmaq meyli ilə sıx əlaqədar olduğu
üçün şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Buna görə də
haqlı olaraq deyirlər ki, özünütərbiyəyə ehtiyac şəxsiyyətin
inkişafının yüksək formasıdır.
Tərbiyə və özünütərbiyə bir-birinə möhkəm tellərlə bağlıdır.
Tərbiyə- müəllimlə şagirdlər (yeniyetmə və gənclər) arasında elə
ikitərəfli, qarşılıqlı fəaliyyət sahəsidir ki, həmin prosesdə uşaq tarix
boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, müəllimin
bilavasitə və ya bilvasitə göstərdiyi mütəşəkkil təsirlə (özünün
fəallığı zəminində) həyata düzgün münasibət bəsləyir, faydalı
adətlərə və davranış qaydalarına yiyələnir.
Dostları ilə paylaş: |