kurikulum)təsdiq olundu. Bəs kurikulum islahatını zəruri edən
yaratdı. Bu anlayışlar hansılardır?
28
Təlim strategiyaları – Təlim prosesində istifadə olunan forma, metod,
üsul və vasitələrin məcmusudur.
Ümumi təhsil nəticələri – mənimsənilməsi nəzərdə tutulan və
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir
səviyyəsidir
Məzmun xətti – fənn üzrə ümumi təlim nəticələrinin
reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri
hissəsidir
Məzmun standartı – təhsilalanların bilik və bacarıq səviyyəsinə
qoyulmuş dövlət tələbləri
Tədris vahidi – dərslikdəki mövzuların tematik qrupu
Resurslar – məzmun standartlarının reallaşdırılmasında istifadə
olunan təlim vasitələri
Şagird nailiyyəti –bilik və bacarıqlar əsasında qazanılan dəyərlərdir
Dəyərlər şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir.
Bu sənəddə ümumi təhsil üzrə təlim nəticələri və məzmun
standartları ümumi təhsilin hər bir pilləsində tədris olunan fənlər,
həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji
prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və
monitorinq üzrə əsas prinsiplər öz əksini tapdı.
Kurikulumların strukturu belə müəyyənləşdirilir.
1. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri
2. Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları
3. Ümumi təhsil pilləsində tədris edilən bilik
4. Ümumi təhsil səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar
məşğələ saatlarının miqdarı
5. Ümumi təhsil sistemində pedaqoji sistemin təşkili prinsipləri
6. Təlim nailiyyətlərin (nəticələrin) qiymətləndirilməsi və monitorinq
Kurikulum sözünə ilk dəfdə Leyden (1582) və Qlazqo (1633)
şəhərlərinin universitetlərinin sənədlərində rast gəlinmişdir. 1876 –
cı ildən təhsil işlərində ondan bir termin kimi istifadə olunmağa
başlanmışdır. XX əsrin 70- ci illərindən Kurikulum nəzəriyyəsi
genişlənməyə başlanmışdır.
29
Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın
inkişaf etmiş ölkələrində yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi
öz təsdiqini tapmışdır.
Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin
sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar "təhsil
planı" kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar
araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-
normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.
Dostları ilə paylaş: