işığın, ziyanın mübarizəsi cəmiyyəti” - mənasını verir. Qaranlığı
qaranlıq deyil, işıq aydınlata bilər. Bu gün Hindistanda məktəbə
elə “Kurikul” deyilir.
Bəli, bunun ilki Şərqdə, Hindistanda yaranmışdır.
Kurikulum təhsil prosesinin məqsədinə əsasən, müvafiq dövlət
standartlarına uyğun şəkildə, bu və ya digər təhsil pilləsi və
istiqamətləri üzrə təhsilin məzmununa və mənimsənilmə qaydalarına
aydınlıq gətirir. Kurikulum tədris planını, ayrı-ayrı fənlər üzrə tədris
proqramlarını, metodik təminatla
əlaqədar tövsiyələri,
qiymətləndirmə və başqa təhsil texnologiyalarını özündə birləşdirir.
Respublikamızda təhsilin ayrı-ayrı pillələri və səviyyələri üzrə
kurikulumlar (təhsil proqramları) həyata keçməkdədir.
Dostları ilə paylaş: |