31
təcrübəçilik mərkəzi. Turizm və diyarşünaslıq mərkəzi. Uşaq və
gənclər idman məktəbi. Şahmat məktəbləri. Uşaq dəmir yolu.
Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar,
şagirdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlə-
rindən pulsuz və güzəştlə istifadə edirlər. Məktəbdənkənar təhsil
müəssisələrində işin məzmun və formalarını həmin müəssisələrin
şuraları müəyyən edir.
Məktəbdənkənar təhsil müəssisələrinin əsas fəaliyyət istiqa-
mətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Dərnək məşğələləri;
2.Mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışlarının
keçirilməsi;
3. Təlimati-metodiki işlər.
Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq, ye-
niyetmə və gənclərlə istirahət, bayram və tətil günlərində də iş
aparılır.
Dostları ilə paylaş: