Magistrant məktəbdə tərbiyə işlərinin təşkilində məktəbdə
təlim-tərbiyə işləri üzrə direktor müavinin – Təşkilatçının, sinif
rəhbərlərinin apardığı tərbiyəvi işlərin məzmununu, onların
vəzifələrini bilməlidir.
Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə
təşkilatçı (tərbiyə işləri üzrə təşkilatçı) o ümumtəhsil məktəbində
direktorun müavini hesab edilərək məktəbdə və məktəbdənkənar
tərbiyə işlərinin əsas təşkilatçısı və rəhbəridir.
Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilat-
çının əsas vəzifəsi sinif rəhbərləri və müəllimlərin apardığı tərbiyəvi
işlərə rəhbərlik etmək, onlara lazımi metodiki kömək və istiqamətlər
vermək, şagird kollektivinin, uşaq və gənclər təşkilatının apardığı
tərbiyəvi işləri nizamlamaq və məqsədyönlü təşkil etməkdir.
Dostları ilə paylaş: |