Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


İdarə arxivlərində sənədlərdən istifadə işinin təşkili



Yüklə 125,57 Kb.
səhifə43/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

İdarə arxivlərində sənədlərdən istifadə işinin təşkili





      1. Arxiv sənədlərindən istifadə - sənədlərdəki məlumatların vətəndaların qanuni maraq və hüquqlarının təmin edilməsində, cə- miyyətin sosial-iqtisadi, mədəni, elmi, siyasi məqsədləri üçün tətbiq edilməsidir. İdarə arxivlərində mühafizə edilən sənədlər (məhdud buraxılışlı və məxfi sənədlər istisna olmaqla) arxiv əməkdaşları və tədqiqatçılar üçün istifadəyə açıqdır və onlardan istifadə bu Təlimat- la müəyyən olunan normalar daxilində tənzimlənir.

      2. İdarə arxivlərində sənədlərdən əsasən aşağıdakı məq- sədlər üçün istifadə olunur:

        1. arxivdə saxlanılan bu və ya digər sənədin mövcudluğu, onun məzmunu, tərkibi barədə idarənin və onun struktur bölmələrin rəhbərlərinin məlumatlandırılması;

        2. hüquqi və fiziki şəxslərdən daxil olan sorğuların icrası;

        3. kütləvi informasiya vasitələrində dərc üçün məlumatın hazırlanması;

        4. informasiya xarakterli tədbirlərin (sərgi, konfrans) hazırlanması;

        5. oxu zalında sənədlərdən istifadə etməklə elmi-tədqiqat işlərinin hazırlanması;

        6. informasiya-kommunikasiya vasitələrinin imkanların- dan istifadə etməklə əməkdaşların elektron arxiv resurslarına bu- raxılışın təmin edilməsi.

      3. İdarə arxivi Azərbaycan Respublikasının müvafiq qanun- vericilik aktlarında müəyyən olunmuş tələblərə uyğun yazılı və elek- tron formada daxil olan müraciətləri icra etməyə borcludur. Arxiv məlumatı müraciətin mətnindən asılı olaraq arxiv arayışı, arxiv surəti, arxiv çıxarışı formasında verir. Elektron formada daxil olan sorğu informasiya kommunikasiya vasitələrindən istifadə etməklə cavablandırıla bilər.

      4. İdarə arxivinə daxil olan müraciətlərin qeydiyyatı və onlara verilən arxiv məlumatlarının rəsmiləşdirilməsi vətəndaşların müraciətlərinə baxılması, kargüzarlığın aparılması haqqında Azər- baycan Respublikasının qanunvericilik aktlarında və bu Təlimatda müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

      5. Arxivə daxil olan müraciətlər qeydiyyat-nəzarət vərə- qində qeydə alınır, müəyyən olunmuş qaydada (17 №-li əlavə) tər- tib və təsdiq edilən rəsmi arxiv sənədi olan arxiv arayışı, arxiv surəti və arxiv çıxarışı verilməklə cavablandırılır.

        1. Arxiv arayışı sorğunun mətninə uyğun arxiv məlumat- larını özündə əks etdirən, üzərində onun tərtib olunmasında istifadə olunan sənədlərin arxiv şifri və vərəqlərinin nömrəsi göstərilmiş rəs- mi sənəddir. Arxiv arayışının həcmi bir vərəqdən çox olduqda və- rəqlər nömrələnir. Arayışda məlumatlar xronoloji ardıcıllıqla təsvir edilir, sənədin əslində olduğu kimi qeyd olunur, sənədin əslində hər hansı dəyişiklik, qaralama olduqda arayışda müvafiq qeydlər aparı- lır. Arayış onu hazırlayan şəxs və idarə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiqlənir. Elektron arxiv arayışı müvafiq səlahiyyətə ma- lik şəxs tərəfindən elektron imza ilə təsdiq edilir. Arayışın bir nüsxə- si idarə arxivində saxlanılır.

        2. Arxiv çıxarışı idarənin blankında hazırlanır və üzərin- də sənəd növünün adı “ARXİV ÇIXARIŞI” yazılır. Çıxarışda sənəd- dəki məlumatın sorğunun predmetinə aid olan hissəsi tam olaraq yazılır. Mətnin əvvəlində və ya sonunda buraxılmış cümlə, söz ol- duqda nöqtələr qoyulur. Sənədin əslində düzəlişlər, əlavələr, pozul- muş və ya sonradan yazılmış mətnlər, şübhə doğuran digər dəyişik- liklər aşkar edildikdə “sənəddə belədir”, “mətndə aydın deyil”, “silin- mişdir,” ”qələmlə üzərinə.... əlavə edilmişdir” və s. qeydlər aparılır. Çıxarış onu hazırlayan şəxs və idarə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiqlənir, üzərində çıxarışın hazırlanmasında istifadə olunan sənədlərin arxiv şifri və vərəqlərin nömrələri qeyd olunur.

        3. Arxiv surəti hazırlanmasında istifadə olunan sənədin arxiv şifri və vərəqinin nömrəsi göstərilməklə makina, fotoqrafik, elektroqrafik, yaxud digər texniki avadanlıqlar vasitəsi ilə eynilə kö- çürülmüş mətnidir. Arxiv sənədinin surəti əsas sənədin mətnindən

sorğuya aid olan hissəsinin surəti çıxarılmaqla hazırlanır, sənədin əslində düzəlişlər, əlavələr, pozulmuş və ya sonradan yazılmış mətnlər olduqda müvafiq qeydlər aparılır. Arxiv surətinin hər bir və- rəqinin arxa üzünə istifadə olunmuş sənədin arxiv şifri yazılır və so- nuncu vərəqin arxa üzündə təsdiq edici qeyd və möhür qoyulur.

      1. İdarə arxivində hazırlanan sorğuların cavabları müraciət edənin ünvanına müşayiət məktubu ilə poçt vasitəsilə göndərilir və yaxud şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə birbaşa mü- raciət edənə, vəkalətnamə əsasında etibar etdiyi şəxsə verilir.

      2. İdarə arxivində saxlanılan sahibi tərəfindən vaxtında alınmamış şəxsi sənədlər (vətəndaşlıq vəziyyətini təsdiq edən sənədlər, diplom, əmək kitabçası və s.) vətəndaşın yazılı müraciəti və idarə rəhbərinin razılığı ilə şəxsiyyəti təsdiq edən sənəd əsasın- da sahibinə və ya onun vəkil etdiyi şəxsə verilir.

      3. İdarə arxivlərindən hüquq-mühafizə orqanlarına sənədlə- rin verilməsi Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən olunmuş qaydalara uyğun rəsmi yazılı müraciət əsasında həyata keçirilir. Götürülmüş sənədin yerinə əvəzedici vərəq qoyulur və arxivin uçot sənədlərində müvafiq qeydlər aparılır.

      4. İdarənin mərkəzi arxivində mütəxəssislərin, tədqiqatçıla- rın bilavasitə sənədlərlə işləməsi üçün oxu zalı təşkil edilir. Oxu za- lının iş qaydalarını idarənin rəhbəri müəyyən edir. Oxu zalına istifa- dəçi ərizə, tədqiqatçı göndəriş məktubu, idarənin əməkdaşı isə xid- məti vəsiqə əsasında buraxılır. İdarənin əməkdaşları istisna olmaq- la oxu zalından istifadə edən digər istifadəçilərə şəxsi vərəq açılır. Sənədlər oxu zalına tələbnamə əsasında verilir və istifadə olunmuş hər bir saxlama vahidinə istifadə vərəqi tərtib olunur.

      5. İdarə arxivindən struktur bölmələrə istifadə üçün sə- nədlər idarə rəhbərinin razılığı əsasında 30 iş günü müddətinə, di- gər təşkilatlara isə yazılı müraciət əsasında üç aydan artıq olma- maq şərti ilə verilir və aktla rəsmiləşdirilir. Müvəqqəti istifadəyə ve- rilmiş hər bir saxlama vahidi uçot kitabında qeydiyyata alınır və onun yerinə əvəzedici vərəq qoyulur. İstifadə olunaraq qaytarılan saxlama vahidi vərəqbəvərəq yoxlanılır.

      6. İdarə arxivi sənədlərdən informasiya xarakterli tədbirlə- rin (sərgilər, ekskursiyalar, konfranslar) təşkilində istifadə edir. Qəzet və jurnallar üçün sənədli nəşrlər, digər kütləvi informasiya vasitələri üçün müxtəlif mövzularda materiallar, həmçinin idarənin tarixinə dair sənədli məcmuələr hazırlayır.

      7. İdarə arxivində istifadə olunan saxlama vahidlərinin, sə- nədlərin uçotu, verilən arxiv məlumatlarının (arayış, surət, çıxarış) və oxu zalına gələn istifadəçilərin qeydiyyatı müvafiq qaydada ha- zırlanmış jurnallarda aparılır.

      8. İdarə arxivi sənədlərin fiziki vəziyyəti qənaətbəxş olma- dıqda, o cümlədən qanunvericilikdə müəyyən olunan digər hallarda sənədləri istifadəyə verməkdən imtina edə bilər. Bu cür hallarda im- tina etmənin səbəbləri göstərilməklə müraciət edənə yazılı cavab verilir.




    1. Yüklə 125,57 Kb.

      Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin