Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant



Yüklə 125,57 Kb.
səhifə2/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   2   3   4   5   6   7   8   9   ...   50

ÖN SÖZ

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunu- na əsasən yerli özünüidarə orqanlarının arxiv sənədləri Milli arxiv fondunun formalaşdırma mənbələrindən biridir. Yerli özünüidarəet- mə orqanlarının arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə təhvil verilənə qədər bələdiyyədə yaradılan idarə arxivlə- rində müvəqqəti mühafizə olunmalıdır. Qanunda yerli özünü-ida- rəetmə orqanlarının sənədləri üçün müvəqqəti saxlanma müddəti 5 il müəyyən edilmişdir. Təcrübə göstərir ki, bəzi bələdiyyələrdə arxiv işinin təşkilində qanunvericiliyin tələblərinə əməl edilmir, o cümlə- dən müvafiq sənədlərin dövlət arxivinə təhvil verilməməsi, qanun- suz məhv edilməsi hallarına yol verilir.

Qeyd olunur ki, Bələdiyyələrlə iş mərkəzi tərəfindən yerli özü- nüidarə orqanlarında arxiv işinin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilinə və mövcud nöqsanların aradan qaldırılmasına kö- mək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə birgə tövsiyə hazırlanmış və 2012-ci il 15 mart və 2014-cü il 28 noyabr ta- rixli məktublarla bələdiyyələrə göndərilmişdir. Eyni zamanda, bələ- diyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədi ilə arxiv işinin təşkili barədə qanunvericiliyinin tələblərinə dair Milli arxiv ida- rəsi ilə birgə seminarlar da keçirilmişdir.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2017-ci il 12 iyun tarixli qərarı ilə “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşki- lat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat” təsdiq edil- mişdir (Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmə tarixi - 21.06.2017-ci il). Yerli özünüidarə orqanlarında arxiv işinin təşkili ilə bağlı bələdiyyələrin məlumatlandırılması məqsədi ilə Təlimat 2017- ci ildə “Yerli özünüidarə orqanlarının normativ aktlarının” Bülletininin 3-cü nömrəsində dərc edilmişdir.

Məlumat üçün bildirilir ki, arxiv işinin təşkili ilə bağlı müəyyən olunmuş norma və qaydaların pozulmasına görə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsində arxiv sənədləri- nin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə

olunması qaydalarının pozulmasına görə fiziki və hüquqi şəxslər, habelə vəzifəli şəxslər üçün inzibati məsuliyyət müəyyən edilmişdir (xəbərdarlıq və ya cərimə).

Yuxarıda göstərilənləri nəzərə alaraq yerli özünüidarə orqan- larında arxiv işinin təşkili, arxiv fondu sənədlərinin mühafizəsi, kom- plektləşdirilməsi, uçotu, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi məsələlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsi, eləcə də, idarə arxivlərində müvəqqəti saxlanma müddətləri bitmiş sənədlərin daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə təhvil verilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi bələ- diyyələrə tövsiyə olunur.

Hesab edirik ki, bu toplu arxiv işinin təşkili sahəsində bələdiy- yələrin maarifləndirilməsi və istifadəsi üçün səmərəli vasitə olacaq- dır.



Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə mərkəzi

Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin