Maddə 7 . Arxivlərin, arxiv fondlarının və sənəd kol- leksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması qaydası
Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli ar- xiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfin- dən müəyyən edilir. Sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, sənədlərin xüsusi tarixi-mə- dəni dəyərini müəyyən edən, arxiv işçilərindən və müvafiq sahə mütəxəssislərindən ibarət olan ekspert komissiyası tərəfindən hə- yata keçirilir.
Milli arxiv fondunun xüsusi tarixi-mədəni dəyəri olan arxiv sə- nədləri və sənəd kolleksiyaları nadir sənəd abidələri hesab olunur.
Muzeylərin və kitabxanaların, ictimai, dini birlik və təşkilatların arxivlərinin dövlət arxiv fondunun sənədləri ilə komplektləşdirilməsi qadağandır.
Milli arxiv fondu sənədlərinin dəyərinin ekspertizası keçirilmə- dikdə və ya ekspertizanın aparılma qaydaları pozulduqda sə- nədlərin məhv edilməsi dayandırılır.
Dostları ilə paylaş: |