Maddə 9 . Arxiv fondlarının sənədləri üzərində mülkiyyət
Dövlət arxiv fondunun sənədləri dövlət mülkiyyətinin obyekti ki- mi mühafizə olunur.
Dövlət arxiv fondunun sənədləri alqı-satqı, yaxud mülkiyyət formasının dəyişdirilməsini nəzərdə tutan müqavilələrin obyekti ola bilməz və yalnız qanunvericilikdə müəyyən olunmuş qaydada is- tifadəyə verilə bilər.
Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respubli- kasında qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət gös- tərən idarə, müəssisə və təşkilatların sənəd fondları həmin təşkilat- ların mülkiyyətidir.
Fiziki şəxslərin sənəd fondları onların şəxsi mülkiyyətidir. Mülkiyyət formasından asılı olmayaraq, arxiv sənədlərinin mül-
kiyyətçilərinin hüquqlarına dövlət təminat verir.
Dövlət orqanları tərəfindən arxiv sənədlərinin götürülməsi və ya müsadirə olunması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
fəsil
Dostları ilə paylaş: |