Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


Azərbaycan Respublikasının Prezidenti



Yüklə 125,57 Kb.
səhifə18/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

Azərbaycan Respublikasının Prezidenti


HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 22 iyun 1999-cu il

№ 694-IQ


"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI


"Milli arxiv fondu haqqında" Azərbaycan respublikası Qanunu- nun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Milli arxiv fondu haqqın- da" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqan- larının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırıl- masını təmin etsin və bu haqda Azərbaycan Respublikasının prezi- dentinə məlumat versin;

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanunu- nun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun- vericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanunu- nun 4-cü maddəsinin axırıncı hissəsində nəzərdə tutulmuş Milli ar- xiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında əsasnaməni təsdiq etsin;

həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinin birinci cümlə- sində nəzərdə tutulmuş arxivlərin, arxiv fondlarının və sənəd kollek- siyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydasını müəyyən etsin;

həmin Qanunun 10-cu maddəsinin axırıncı hissəsində nəzərdə tutulmuş qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə qaydaları müəyyən etsin;

həmin Qanunun 14-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma qaydasını müəyyən etsin;

həmin Qanunun 16-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət arxiv fondunun sənədlərindən istifadə qaydalarını müəyyən etsin;

həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan dövlət arxivləri işçilərinin əmək haqlarını müəyyən etsin;

həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tu- tulmuş beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kollek- siyaların xaricə müvəqqəti aparılması qaydasını müəyyən etsin;

öz səlahiyyətləri daxilində "Milli arxiv fondu haqqında" Azər- baycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.


  1. Müəyyən edilsin ki:

Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin beşinci hissəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin axırıncı hissəsində, 7-ci mad- dəsinin birinci hissəsinin birinci cümləsində, 10-cu maddəsinin be- şinci hissəsində ikinci halda və yeddinci hissəsində, 14-cü maddə- sinin birinci hissəsinin ikinci cümləsində, 16-cı maddəsinin birinci hissəsində və 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 16-cı maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya həyata keçi- rir;

həmin Qanunun 6-cı maddəsinin dördüncü hissəsində, 7-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 11-ci maddəsində, 12-ci maddəsinin birinci hissəsində, 14-cü maddəsinin birinci

hissəsinin birinci cümləsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlə- rini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsihəyata keçirir;

həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Res-pub- likasının Milli Arxiv İdarəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin