Maddə 15 . Azərbaycan Respublikasında arxiv xidməti
Azərbaycan Respublikasında arxiv işinin həyata keçirilməsi, Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi və istifadəsi məq- sədi ilə arxiv və kargüzarlığın vahid dövlət sistemini birləşdirən döv- lət arxiv xidməti yaradılır.
Maddə 1 6 . Milli arxiv fondunun sənədlərindən istifadə qaydaları
Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malik- dirlər. Mühafizə müddətindən asılı olmayaraq dövlət arxiv fondu
sənədlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tə- rəfindən müəyyən olunur.
Qeyri-dövlət arxiv fondunun sənədlərindən onların mülkiyyətçi- lərinin razılığı ilə istifadə oluna bilər.
Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, qa- nunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, onların yaranmasın- dan 30 il sonra icazə verilir. Bu müddət müvafiq icra hakimiyyəti or- qanının rəyi ilə uzadıla bilər.
Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşı- yıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı mü- əyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir.
Milli arxiv fondu sənədlərinin istifadəsi zamanı müəlliflik hüqu- qu barədə qanunvericiliyin tələbləri yerinə yetirilməlidir.
Arxiv sənədlərinin və sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya onlardan istifadə olunması qaydalarına əməl edil- məməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə sə- bəb olur
Dostları ilə paylaş: |