Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


MİLLİ ARXİV FONDU SƏNƏDLƏRİNİN UÇOTU VƏ MÜHAFİZƏSİ



Yüklə 125,57 Kb.
səhifə11/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

MİLLİ ARXİV FONDU SƏNƏDLƏRİNİN UÇOTU VƏ MÜHAFİZƏSİ



Maddə 1 0 . Milli arxiv fondu sənədlərinin mühafizəsi- nin təminatı

Bu Qanunun 7-ci maddəsinin ikinci hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilə- nə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxiv- lərdə müvəqqəti mühafizə olunur.

Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mü- hafizə müddətləri aşağıdakı kimidir:

respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün - 15 il; rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün - 5 il; yerli özünüidarəetmə orqanlarının sənədləri üçün - 5 il;

elmi-texniki sənədlər üçün - 15 ildən artıq olmamaq şərtilə, praktiki əhəmiyyətini saxladığı müddətə;

kino, foto, fono sənədlər və videoyazılar üçün - 3 il; vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri

və şəxsi heyət barədə sənədlər üçün - 75 il.

Göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır. Ləğv edilmiş dövlət idarə, müəssisə və təşkilatlarının varisi olmadıqda onların arxiv fondları qanunvericilikdə müəyyən edilmiş

qaydada dövlət arxiv fonduna verilir.

Geodeziya və xəritəçəkmə, geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, standartlaşdırma, met- rologiya və hidrometerologiya üzrə dövlət orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın arxiv sənədləri müvafiq icra hakimiyyəti orqanlarının icazəsi ilə həmin təşkilatlarda daimi mühafizə olunur.

Dövlət mülkiyyətində olan arxiv fondunun sənədləri, dövlət arxivlərinin və onların filiallarının, rayon və şəhər arxivlərinin bi- naları, onların yerləşdiyi torpaq sahələri və avadanlıqlar özəlləşdiri- lə bilməz.

Qeyri-dövlət arxiv fondunun mülkiyyətçiləri arxiv fondlarının mühafizəsi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdir- diyi qaydalara əməl etməlidirlər.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin