Maddə 8 . Dövlət arxiv fondunun xüsusi hissəsi
Azərbaycan SSR-də fəaliyyət göstərmiş mərkəzi və yerli təhlü- kəsizlik, digər xüsusi xidmət və daxili işlər orqanlarının, Azərbaycan Kommunist Partiyasının və idarəetmə orqanlarının 1-ci şöbələrinin arxivləri dövlət arxiv fondunun xüsusi hissəsini təşkil edir.
Dövlət arxiv fondunun xüsusi hissəsinin mühafizəsi, öyrənilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilir.
Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xid- məti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və
müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata ke- çirilir.
Dostları ilə paylaş: |