Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının arxiv xidməti təşkilatları xalqımızın çoxəsərlik tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi tədqiqat mərkəzləridir. Müstəqil Azərbaycanın fəaliyyətinin əsas sahələrindən biri olan arxiv xidməti geniş şəbəkəyə malikdir. Bu gün ölkəmizdə 7 respublika dövlət arxivi, onların 15 filialı, habelə Naxçıvan Muxtar Respublikasının və 56 rayonun dövlət arxivi fəaliyyət göstərir. Elmin, mədəniyyətin və ictimai həyatın ən müxtəlif sahələrini özündə əks etdirən həmin arxivlərdə 18 min fond üzrə 3,5 milyon kağız əsaslı idarəçilik işləri, 800-dən yuxarı fond üzrə elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin 100 minə qədər işdən ibarət sənədləri, 140 mindən artıq saxlama vahidindən ibarət elm və texnika sənədləri, 400 minə yaxın foto, 50 min kino və fono sənədləri mühafizə edilir.
Müstəqil Azərbaycan Respublikasında arxiv xidmətinin qa-nun- vericilik bazasını "Milli arxiv fondu haqqında" Azərbaycan Respubli- kasının 1999-cu ilin iyununda qəbul edilmiş Qanunu təşkil edir. Qa- nun ölkəmizdə arxiv fəaliyyətini tənzimləyir, onun idarə olunması prinsiplərini, arxiv işi sahəsində dövlətin vəzifələrini müəyyən edir.
Azərbaycan xalqının əvəzsiz mənəvi sərvəti olan arxiv sənədlə- rinə müntəzəm müraciət olunur. Dövlət hakimiyyəti orqanlarının, idarə və müəssisələrin informasiyaya olan gündəlik tələbatı ödənilir, respublikanın və xarici ölkələrin yüzlərlə alimi öz elmi tədqiqatların- da, monoqrafiya və dərsliklərin yazılmasında arxivlərimizin sənədlə- rindən geniş istifadə edirlər. Arxivlər tərəfindən sənədlər külliyyatı nəşr olunur, radio və televiziya verilişləri hazırlanır, sənədlər dövri mətbuatda dərc edilir, respublikamızın və xarici ölkə vətəndaşları- nın sosial-hüquqi xarakterli ərizə və sorğuları icra olunur.
Arxiv fondu yeni materiallarla daim zənginləşən mühüm bir mən- bədir. Azərbaycan xalqının tarixinin müxtəlif mərhələlərinə aid yüz minlərlə iş və sənəd müntəzəm olaraq dövlət arxivlərinə qəbul edilir, ictimai elmlərin, xüsusilə tarix elminin tədqiqat bazasını daha da genişləndirir.
Bununla yanaşı qeyd olunmalıdır ki, arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə tam cavab vermir. Arxiv işi sahəsində indiyə qədər vahid informasiya bazasının yaradılmaması, elektron informasiya daşıyıcılarının imkanlarından lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara uyğun gəlməməsi bu sahədə problemlər yara- dır. Problemlərin bir qismi də arxiv binalarının çatışmazlığı və ya yararsız vəziyyətdə olması, arxiv işinin bəzi sahələrində pərakəndə- lik hallarının meydana çıxması, yerlərdəki müəssisə, idarə və təşki- latlarda kargüzarlıq və arxiv işinin lazımi səviyyədə olmaması ilə bağlıdır.
Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənilib ya- zılmasında, idarə və müəssisələrin, habelə vətəndaşların infor- masiyaya olan gündəlik tələbatının ödənilməsində arxiv fondunun böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradılsın.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Əsasnaməsinin layihəsini bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azər- baycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi aparatının işçilə- rinin say həddini təsdiq etsin;
arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləş- dirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə iki ay müddətində müvafiq
proqram tərtib edib Azərbaycan Respublikasının Prezidentinə təq- dim etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komi- təsi, şəhər və rayon icra hakimiyyəti başçıları dövlət arxivinin yerlər- dəki filiallarının, şəhər və rayon dövlət arxivləri işinin yaxşılaşdırıl- ması, sənədlərin saxlanılması üçün onların yararlı binalarla təmin edilməsi məqsədi ilə lazımi tədbirlər görsünlər.
Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Dostları ilə paylaş: |