Milli arxiv fondunun komplektləşdirilməsi dedikdə, onun müntəzəm surətdə ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni və ya tarixi əhəmiyyəti olan sənədlərlə tamamlanması nəzərdə tutulur.
Milli arxiv fondunun komplektləşdirilməsinin elmi əsasları- nı sənədlərin təsnifat prinsiplərinin, onların komplektləşdirmə mən- bələrinin və ekspertizasının kriteriyə və prinsiplərinin müəy-yənləş- dirilməsi təşkil edir.
Milli arxiv fondunun komplektləşdirilməsinə rəhbərlik və nəzarət bilavasitə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi tərəfindən həyata keçirilir.
Milli arxiv fondunun komplektləşdirilməsi işinə aşağıdakı proseslər daxildir:
sənədlərin daimi mühafizə üçün dövlət və qeyri-dövlət arxiv- ləri arasında bölüşdürülməsi.
Milli arxiv fondunun komplektləşdirilməsi mənbələri icti- mai-siyasi, iqtisadi, elmi, sosial-mədəni, yaxud tarixi əhəmiyyəti olan sənədlərin yarandığı dövlət və qeyri-dövlət idarə, təşkilat, müəssisələri və ayrı-ayrı şəxslərdir.
Milli arxiv fondunun komplektləşdirilməsi mənbələri müəy- yənləşdirilərkən aşağıdakı əsas meyarlar nəzərə alınmalıdır:
sənədlərin ali hakimiyyət və idarəçilik sistemində, habelə sahə idarəçilik sistemində yeri və əhəmiyyəti;
idarənin fəaliyyətinin yuxarı idarə orqanları sənədlərində əks olunması dərəcəsi;
Sənədlərinin Milli arxiv fonduna daxil edilməsi məqsədəuyğun
sayılan şəxslər ilk növbədə elm, mədəniyyət və ictimai həyatın müxtəlif sahələrinin inkişafındakı rolu və tarixi əhəmiyyəti nəzərə alınmaqla müəyyən edilir.
Milli arxiv fondunun komplektləşdirilməsi dövlət və qeyri- dövlət arxivlərinin komplektləşdirilməsi mənbəyi sayılan idarələrin (şəxslərin) siyahılarına müvafiq olaraq həyata keçirilir.
Komplektləşdirmə mənbələrinin siyahıları dövlət arxivləri tərə- findən hazırlanır və Baş Arxiv İdarəsi tərəfindən baxılaraq təsdiq olunur.
Milli arxiv fondunun sənədləri bir dövlət arxivindən digər dövlət arxivinə yalnız Baş Arxiv İdarəsinin razılığı ilə verilə bilər.
Muzeylərin və kitabxanaların, dini icmaların və ictimai təşkilatların arxivlərinin Milli arxiv fondunun dövlətə məxsus hissəsinin sənədləri ilə komplektləşdirilməsi qadağandır.
İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir.
Azərbaycan Respublikasının prokurorluqorqanlarının,habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, ədliyyə, miqrasiya, fövqəladə hallar, daxili işlər və müdafiə sa-hə- sində fəaliyyət göstərən dövlət orqanlarının, habelə geodeziya və xəritəçəkmə, ekologiya və təbii sərvətlər, standartlaşdırma və met- rologiya dövlət orqanlarının və Azərbaycan Milli Elmlər Akademiya- sının arxiv sənədləri Milli arxiv fonduna daxil olmaqla həmin təşki- latların özündə daimi mühafizə olunur.
Milli arxiv fondunun dövlətə məxsus hissəsi şəxsi mən- şəli sənədlərlə bağışlama və ya vəsiyyətlə təmənnasız, yaxud sa- tınalma yolu ilə, habelə sənədin sahibinin olmaması, yaxud baxım- sız qalmasını təsdiq edən məhkəmə və ya notarial orqanların qərar- ları əsasında əldə olunan sənədlərlə komplektləşdirilə bilər.