sənədlərin fiziki-kimyəvi və bioloji mühafizəsini təmin etmək.
Sənədlərin mühafizəsi üçün optimal şərait yaratmaq məq- sədi ilə:
yeni arxiv binaları tikmək, yaxud köhnə binaları yenidən qur- maq və təmir etmək;
sənədlər saxlanılan mühafizəxanaları yanğından mühafizə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz et- mək;
mühafizəxanalarda optimal temperatur (rütubət), sanitar-gigi- yena rejimi yaradan texniki vasitələrdən istifadə etmək;
sənədlərin saxlanılması üçün xüsusi vasitələrdən (qəfəslərdən, rəflərdən, seyflərdən, qutulardan, qovluqlardan və s.) istifadə etmək.
Milli arxiv fondu üçün xüsusi binalar tikilməlidir və ya baş- qa binalar arxiv üçün uyğunlaşdırılmalıdır. Bu zaman sənədlərin qə- bulu və mühafizəsi, elmi məlumat bankı və uçot sənədlərinin yerləş- dirilməsi, sənədlərin mikro-və foto surətlərinin çıxarılması, bərpası, cildlənməsi, çoxaldılması üçün laboratoriya, işçilər üçün otaqlar, sə- nədlərdən istifadə üçün oxu zalı, sərgi zalları və s. nəzərdə tutulma- lıdır.
Mülkiyyət formasından asılı olmayaraq, Milli arxiv fonduna daxil olan sənədlər, onların mühafizəsini, üzərində nəzarəti təmin etmək və miqdarı haqqında lazımi məlumat almaq məqsədi ilə onlar Baş Arxiv İdarəsi tərəfindən dövlət qeydiyyatına götürülürlər.