Milli arxiv fondu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1 . Əsas anlayışlar
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı məna- ları ifadə edir:
arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdiril- məsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələri;
Milli arxiv fondu - növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi hə- yatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni də- yəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi he- sab edilən sənədlərin məcmusu;
arxiv fondu - tarixi və məntiqi baxımdan bir-biri ilə bağlı olan arxiv sənədlərinin məcmusu;
arxiv işi - arxivlərin komplektləşdirilməsi, mühafizəsi, uçotu və arxiv xidmətinin təşkili;
arxiv sənədi - mühafizə edilən və ya edilməli olan, informasiya daşıyıcısının növündən asılı olmayaraq dövlət, cəmiyyət və ya öz mülkiyyətçisi üçün tarixi, elmi, mədəni əhəmiyyət kəsb edən sənəd;
dövlət arxivi - arxiv işini həyata keçirən dövlət müəssisəsi; arxiv sənədlərinin müvəqqəti mühafizəsi - dövlət və yerli özünü-
idarə orqanları, dövlət idarə, müəssisə və təşkilatları tərəfindən arxiv sənədlərinin bu Qanunda nəzərdə tutulmuş müddətdə mühafizəsi;
arxiv sənədlərinin daimi mühafizəsi- həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsi;
sənəd abidəsi - müəyyənləşdirilmiş qaydada sənəd abidəsi ka- teqoriyasına aid edilmiş nadir və ya xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədi;
arxiv sənədlərinin mülkiyyətçisi - arxiv sənədləri üzərində sa- hiblik, istifadə və sərəncam hüququna malik olan subyekt;
arxiv sənədlərinin sahibi - arxiv sənədlərinə sahiblik və istifadə hüququnu tam həcmdə, onlar üzərində sərəncamı qanunvericilikdə müəyyən olunmuş həddə həyata keçirən subyekt.
Dostları ilə paylaş: |