Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
SETERİS 10 mq örtüklü tabletlər
CETERIS
Beynəlxalq patentləşdirilməmiş adı: Cetirizine
Tərkibi
Aktiv maddə: setirizin dihidroxlorid - 10 mq.
Köməkçi maddələr: laktoza
, mikrokristallik
sellüloza, kolloidli silisum dioksid,
maqnezium stearat,
hidroksipropilmetilselluloza, titan dioksidi (E171), makroqol 6000.
İstifadəsinə göstərişlər
Seteris 6 yaşdan yuxarı uşaqlarda və böyüklərdə mövsümi və daimi alergik rinit zamanı burun və gözdə
yaranan allergik simptomların aradan qaldırılması və xroniki idiopatik övrə zamanı yüksək effektivliyə
malikdir.