nformasiya texnologiyası - informasiya ehtiyatlarından istifadə olunması
proseslərinin ağırlığını azaltmaq, onların etibarlığını və operativliyini çoxaltmaq
məqsədilə informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçilərə
çatdırılmasını təmin edən və texnoloji zəncirdə birləşdirən metodlar, istehsal prosesləri
və texniki-proqram vasitələri toplusudur.Bir sözlə informasiya texnologiyası
dedikdə,hər hansı bir obyektə aid proqramla işləyən qurğu və hesablama texnikasında
istifadə olnan texnologiya başa düşülür.
İ
nformasiya texnologiyasında məqsəd insan tərəfındən analiz edilmək və onun
ə
sasında qərar qəbul etmək üçün informasiya istehsalıdır.
İ
nformasiya texnologiyası elmi-texniki tərəqqinin inkişafı, informasiya emalı
üçün yeni texniki vasitələrin yaradılması ilə təyin olunan bir neçə təkamül mərhələsi
keçmişdir.Müasir cəmiyyətdə informasiya emalı texnologiyasının əsas texniki vasitəsi
texnoloji proseslərin işlənib hazırlanması və istifadə olunması konsepsiyasına,
həmçinin nəticə informasiyanın keyfiyyətinə ciddi təsir etmiş kompüterlər hesab
olunur. Kompüterlərin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitə-
lərindən istifadə olunması informasiya texnologiyasının inkişafını yeni mərhələyə
çatdırdı. Bununla da yeni informasiya texnologiyaları mərhələsi başlandı.
İ
nformasiyanın lazımi formaya salınması müasir informasiya texnologiyalarının
tətbiqi ilə həyata keçirilir. Digər tərəfdən cəmiyyətin informasiya resusrlarından
istifadə etməsi prosesinin vacib tərkib hissəsi informasiya texnologiyası hesab olunur.
13
İ
Dostları ilə paylaş: |