informasiya texniki qurğularla emal edilir. Bu qurğular icəricində böyük həcmli
17
informasiyaları emal edən kompüterlər xüsusi yer tutur. Çıxış informasiya dedikdə isə
insan yaxud qurğu tərəfindən emal nəticəsində alınan informasiya nəzərdə tutulur.
İ
nformasiyanın ötürülməsinin zəruriliyi ayrı-ayrı informasiya proseslərinin,
onlar arasında sıx əlaqənin və asılılığın olması ilə bağlıdır. İnformasiyanın ötürülməsi
onun ötürülmə üsullarından, istiqamətindən, informasiyanın hansı tip daşıyıcıda
olmasından və məzmunundan asılıdır.
İnformasiyanın ötürülməsi informasiyanın məruz qaldığı çevrilmələrin biri kimi
nəzərdən keçirilir.Hazırda bu mərhələ əsasən avtomatlaşdırma elementlərinin və
müasir telekommunikasiya vasitələrinin geniş istifadə edilməsi ilə səciyyələnir.Bu
halda informasiyanın avtomatlaşdırılaraq işlənməsi imkanlari xeyli artır. Burada ən
perspektivli istiqamət rabitənin avtomatlaşdırılmış sisteminin yaradılmasıdır.
Dostları ilə paylaş: