18
Reseptiv təlim- audiovizual vasitələrin(epiproyektor və magnitafon, kinoqurğu, tv
və s.) köməyi ilə verilən bilikləri hiss üzvləri vasitəsilə qəbul edərək öyrənilməsi.
Interaktiv təlim- insanla kompüterin qarşılıqlı fəaliyyətində dialoq rejiminə,hibrid
sistem olan insan –maşın antroposentrik (süni) intellektə və öyrədici ekspert sisteminə
ə
saslanır.Bu zaman əagirdlərin müstəqil(fərdi və kollektiv formada) islərinin həcminin
(tədqiqat xarakterli praktik və laboratoriya işlərinin hsabına ) artırılması, sinifdən xaric
məşğələləri yenilətməklə, tədris prosesinin təşkilinə yenidən baxılması tələb
edilir.Müəllimlər bir növ tyutora(koordinatora) çevrilir.
1980-ci illərdə pedaqoji proqram vasitələrini genişləndirilməsinə səbəb olan displey
siniflərin yaradılması ilə interaktiv təlim sisteminin tətbiqi təmin edildi.1990-cı
illərdən isə təhsil müassisələrində multimedia qurğularından istifadə edilməyə
başlandı.
Multimedia-müasir
kompüter
texnologiyasıdır.Kompüter
sistemində
mətn,səs,videotəsvir və animasiyanı yəni,virtual reallığın modelləşdirilmə dilini
(VRML) təmin edir.
VR-proqram vasitələri və müxtəlif texniki qurğular toplusunun interaktiv
texnologiyası əsasında kompüter mühitində istifadəçinin aktiv iştirakı şəraitində
reallığın illuziyasının yaradılmasıdır.
Dostları ilə paylaş: