Təlimin texniki vasitələri tədris-tərbiyə prosesində məlumatların təqdim edilərək
işlənməsi,saxlanması,ötürülməsi və prosesin optimallaşdırılması məqsədinə xidmət
edən didaktik təminatlı texniki qurğular toplusudur.Bir sıra ədəbiyyatlarda təlimin
texniki vasitələrini bərk(hardware) və yumşaq(software) olmaqla iki yerə
bölürlər.Köməkçi texniki vasitələr tədris prosesində köməkçi məqsəd daşıyan kiçik
avtomatlaşmaya qurğu və cihazları özündə birləşdirir.Bunlara misal olaraq çap
qurğusu,printer,ekran,müəyyən
kartlar,plakatlar
yerləşən
qurğular,radiomikrofon,naqilli mikrofon,gücləndirici,yarım-şəffəf ekran və elektron
lövhəni göstərmək olar.
Dostları ilə paylaş: |