Günümüzdə mövcud olan informasiya texnologiyalarını iki əsas növə ayırmaq
olar:
1) verilənlərin emalı texnologiyası;
2) idarəetmənin informasiya təminatı texnologiyası.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün
alqoritmlər və digər standart prosedurlar olan strukturlaşdırılmış məsələlərin həlli
üçün nəzərdə tutulur. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin
tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir.
İ
darəetmənin informasiya təminatı texnologiyasının əsas məqsədi hər hansı
bir müəssisənin qərar qəbuletmə ilə bağlı olan bütün iştirakçılarını lazımi informasiya
ilə təmin etməkdir.
Müasir kompüterlərdə informasiyanın işlənməsi aşağıdakı kimi yerinə yetirilir.
Ə
vvəlcə tədqiq olunan obyekt və ya proses ətraflı olaraq araşdırılır.Sonra əsas
təsiredici amillər seçilərək toplanılır. Əldə olunan bu məlumatlar kompüterə daxil
edilir və daxil edilmiş məlumatlar sistemləşdirilir və emala göndərilir. Emal
prosesindən sonra alınmış nəticələr çıxış qurğularına və ya informasiya daşıyıcılarına
göndərilir. Göründüyü kimi ümumilikdə informasiyanın müasir kompüterlərdə
işlənməsi vahid proses olmaqla bərabər, ayrı-ayrı yerinə yetirilən və özünəməxsus
xüsusiyyətləri ilə seçilən proseslərdən ibarətdir. İnformasiya adətən tədqiq edilən
proses və ya obyektə uyğun ilkin sənədlərdən və təcrübələrdən əldə edilərək toplanır.
Toplanmış informasiyanın saxlanılması və ötürülməsi məqsədilə isə kodlaşdırmadan
istifadə edilir[16, s.5].
Ümumiyyətlə, əsas informasiya proseslərinə məlumatların yığılması, onların
qeyd edilməsi və kodlaşdırılması, çoxaldılması, ötürülməsi, saxlanması, axtarılması,
təhlili və istifadə edilməsi aiddir. Bu informasiya prosesləri içərisində məlumatların
yığımasının texniki səviyyəsi xeyli aşağı, əməliyyatların həcmi isə yüksək olur.
İ
nformasiyaların yığımasından sonra onun müxtəlif sənədlərdə, məlumat
daşıyıcılarında qeyd edilməsi və əks etdirilməsi əməliyyatları baş verir.
İ
Dostları ilə paylaş: |