Microsoft Word Dissertasiya Gunay Rustamova docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
FƏS L 

1. 

DÖVLƏ

BÜDCƏS N N 

DARƏ 

OLUNMASINDA 

XƏZ NƏDARLIĞIN NƏZƏR  VƏ METODOLOJ  ƏSASLARI 

 

1.1 Dövlət büdcəsinin nəzəri əsasları 

 

Digər subyektlər kimi dövlət də bu və ya digər məqsədləri həyata keçirmək  



üçün  öz  büdcəsindən  istifadə  edir.  Dövlət  büdcəsini  əmələ  gətirən  amillər 

çoxşaxəli  olduğundan  büdcə  anlayışı  da  müxtəlif  ədəbiyyatlarda  fərqli  izah 

olunur.  Bir  qisim  mütəxəssislər  tərəfindən  dövlət  büdcəsinə  dövlət  gəlirlərinin 

toplumu  forması  kimi,  yəni  dövlətin  xəzinəsi  baxımından  yanaşılır.  Digər  qisim 

isə  dövlət  büdcəsi  dedikdə,  höküməti  müxtəlif  ehtiyaclarını  ödəmək  üçün  bir 

vasitə  kimi  nəzərdə  tuturlar.  “Dövlət  büdcəsi  haqqında”  Azərbaycan 

Respublikasının qanununda verilən tərif isə aşağıdakı kimidir:  

“Büdcə  –  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  hakimiyyəti  və 

özünüidarəetmə  orqanları  vasitəsilə  dövlətə  və  bələdiyyələrə  məxsus  vəzifə  və 

funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə 

olunması üçün əsas maliyyə sənədidir.” 

      “Dövlət  büdcəsi”  anlayışının  mahiyyətinə  gəldikdə  isə  burada  da  fərqli 

yanaşmalar  mövcüddur.  Bir  qrup  mənbələrdə  dövlət  büdcəsi  vəsaitlərin  vaxtli-

vaxtında  və  tam  həcmdə  toplanmasl  kimi,  digərlərində  isəyalnız  dövlət  büdcə 

xərclərinin  qarşılanması  kimi  izah  olunur.  Qədim  və  müasir  iqtisadi 

ə

dəbiyyatlarda  dövlət  büdcəsinin  metodları  və  prinsipləri,  eyni  zamanda  burada 



səmərililik  meyarlarının  izahı  sübut  edir  ki,  “dövlət  büdcəsi”anlayışı  daha  geniş 

mənanı  ifadə  edir.  Yəni,  bura  dövlət  büdcə  münasibətlərinin  bütün  mərhələləri 

daxildir. Beleliklə, sözügedən anlayışa aşağıdakı kimi tərif verə bilərik: 

“Dövlət 


büdcəsi 

– 

uyğun 



büdcə 

mənbələrinin 

tapılması, 

toplanmışvəsaitlərin  səmərəli  istifadə  olunması,  büdcə  kəsirinin  ödənilməsi 

məqsədilə  pul  fondlarının  və  ya  vəsaitlərinin  səfərbər  edilməsindən  ibarət 

tədbirlər kompleksidir.” 




 

      Dövlət büdcəsinin nəzəri əsaslarının tədqiqində klassik və müasir məktəblərin 



baxışları  kifayət  qədər  fərqlənir.  Bu  məktəblərin  dövlətin  büdcə  siyasətinə,  o 

cümlədən  ölkə  iqtisadiyyatına  büdcə  xərcləmələrinin  səmərəliliyinə  münasibəti 

fərqlidir. 

      Büdcə  haqqında  klassik  iqtisadi  nəzəriyyənin  banilərindən  biri  A.Smitin 

“Xalqların  sərvətlərinin  təbiəti  və  onların  səbəbləri  haqqında  tədqiqat”  adlı 

ə

sərində  yer  alır.  Bununla  müəllif  hələ  o  dövr  üçün  də  aktuallıq  daşıyan,  hətta, 



müasir  dövrdə  hər  bir  dövlətin  maliyyə  siyasətinin  ayrılmaz  hissəsi  olan  dövlət 

büdcəsi haqqında klassik baxışın əsasını qoymuşdur. 

Müxtəlif dövrlərdə dövlət büdcəsinə və büdcə sisteminə fərqli baxışlar olsa 

da,  hər  bir  dövlətin  konkret  tarixi  şəraitindən  asılı  olaraq,  mövcüd  şəraitdə 

optimal  olan  funksiyaları  yerinə  yetirən,  yəni  dövləti  maliyyə  vəsaiti  ilə  təmin 

etmək üçün formalaşmış dövlət büdcəsi olmalıdır. Dövlət özünün iqtisadi, sosial 

və  siyasi  vəzifələrini,  funksiyalarını  yerinə  yetirmək  üçün  mərkəzləşdirilmiş  pul 

vəsaiti fonduna malik olmalıdır.  ctimai – iqtisadi formasiyalar hətta dəyişiləndə 

belə  dövlətin  mühüm  elementləri  olan  vergilər,  istiqrazlar  və  dövlətə  xas  olan 

xərclər  kimi  kateqoriyalar  obyektiv  surətdə  zəruri olur.  Məhz bu cəhətlər dövlət 

büdcəsinin obyektiv bir iqtisadi kateqoriya kimi zəruri olmasını şərtləndirir. 

Bütün  dövlətlərin  iqtisadi  və  dövlət  quruluşuna  xas  olan  büdcə  sistemi 

təşəkkül tapmış və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə, 

onun dövlət quruluşuna xas olan büdcə sistemi yaranmışdır. 

Büdcə  sisteminin  qurulması  və  onun  bütün  növləri  arasında  qarşılıqlı 

ə

laqələr büdcə quruluşu adlanır. 



Büdcə  sistemində  birləşdirilən  ayrı-ayrı  müstəqil  büdcələrin  məcmusu 

dövlətin  büdcə  sistemini  təşkil  edir.  Büdcə  sistemi  bütün  büdcə  növlərinin 

məcmusunu özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları dövlətin 

Konstitusiyasında  və  büdcə  sistemi  haqqında  qanunlarda  əks  olunur.  Büdcə 

sisteminin  təşkili  müəyyən  prinsiplərə  əsaslanır  ki,  bu  prinsiplər  də  ölkənin 

iqtisadi, siyasi və sosial əsasların üzərində qurulmuşdur. 




 

Büdcə  sistemi  dövlətin  inzibati  ərazi  vahidinin  bütün  büdcələrinin 



məcmusunu  özündə  birləşdirdiyinə  görə  onlar  arasında  qarşılıqlı  münasibətlər 

qanunvericiliklə  tənzimlənir.  Büdcə  sisteminin  xarakteri  ölkənin  ictimai-iqtisadi 

və  siyasi  quruluşu  ilə  müəyyən  olunur.  Büdcə  sisteminin  təşkilati  quruluşu  və 

onların  qarşılıqlı  əlaqələri  dövlətin  iqtisadi  və  siyasi  təşkili  əsasında  müəyyən 

olunur. 

nkişaf  etmiş  ölkələrlə  (unitar  dövlətlərdə)  məsələn,  Böyük  Britaniyada, 

Fransa və s. kimi ölkələrdə büdcə sistemi dövlətin mərkəzi büdcəsindən və yerli 

özünüidarə  orqanlarının,  yerli  bələdiyyələrin  büdcələrindən  ibarətdir.  Federal 

dövlətlərin  büdcə  sistemi  üç  halqadan,  yəni  mərkəzi  federal  büdcədən, 

federasiyaya  daxil  olan  subyektlərin  büdcələrindən  və  yerli  orqanların 

büdcələrindən  ibarətdir.  Məsələn,  ABŞ-da,  Rusiyada,  Almaniya  Federativ 

Respublikasında və s. büdcə sistemi üç həlqədən ibarətdir. ABŞ-da federal büdcə, 

ş

tatların  büdcələri,  Rusiyada  respublikaların,  vilayətlərin  büdcələri  və  mərkəzi 



federasiyasının büdcəsindən ibarətdir. 

Azərbaycan  Respublikasının  büdcə  sistemi  mərkəzi  büdcədən,  yəni 

respublika  büdcəsindən,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən  və  yerli 

hakimiyyət  orqanlarının,  o  cümlədən,  bələdiyyələrin  büdcələrindən  ibarətdir. 

Bütün  büdcə  növləri  arasında  qarşılıqlı  maliyyə  münasibətləri  Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə  müəyyən  olunmuşdur.  Bununla  yanaşı 

Azərbaycanın  büdcə  sistemi  «Dövlət  büdcəsi  haqqında»  Azərbaycan 

Respublikasının qanunu ilə tənzimlənir. 

 

 



 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin