3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi
hər hansı qaydada məhdudlaşdırılmır.
3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:
3.2.1. Əmək pensiyası hüququ olan şəxslər yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə
başçısını itirməyə görə əmək pensiyasının təyin olunması və pensiya növünün dəyişdirilməsi üçün
Dövlət Sosial Müdafiə Fondunun orqanlarına elektron müraciət edəcəklər.
3.2.2. Sorğunun qəbulu.
Elektron xidmətin göstərilməsi ilə bağlı əmək pensiyası hüququ olan şəxs tərəfindən elektron formada
göndərilmiş müvafiq ərizə formasının və qanunvericiliklə müəyyən edilmiş digər sənədlərin skan
olunmuş surəti Dövlət Sosial Müdafiə Fondu tərəfindən
qəbul edilir, bu barədə sənəd göndərən şəxsə
təsdiqetmə bildirişi göndərilir və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və
müddətdə baxılır.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Xidmətdən istifadə üçün lazım olan fərdi eyniləşdirmə məlumatları düzgün daxil edilmədikdə
xidmətdən istifadə mümkün deyildir.
3.4. Sorğunun icrası:
3.4.1. Əmək pensiyası hüququ olan şəxs tərəfindən elektron formada göndərilmiş müvafiq ərizə forması
Fondun aidiyyəti struktur bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq icraya qəbul edilir.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal
yerinə yetirilmə müddəti:
1-10 gün
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat;
İnzibati əməliyyatda digər dövlət orqanı iştirak etmir.
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası.
Hər bir inzibati prosedurun nəticəsi barədə ərizəçiyə elektron formada bildiriş göndərilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Xidmətin yerinə yetirilməsinə nəzarəti Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat;
Elektron xidmətin göstərilməsi ilə bağlı ərizəçinin şikayət etmək hüququ vardır.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya;
Şikayət etməyə səbəb olan məsələ barədə informasiyanı ərizəçi dəqiq bildirməlidir.
3.6.3. Şikayətin baxılma müddəti.
Şikayətə 15-30 gün müddətində baxılır.
Reqlamentə 1 nömrəli Əlavə
“Əmək
pensiyaları
haqqında”
Azərbaycan
Respublikası Qanununa əsasən əmək pensiyalarının
təyin edilməsi, sosial sığorta stajının müəyyən
olunması,
əmək
pensiyası
sənədlərinin
rəsmiləşdirilməsi,
baxılması
və
saxlanılması
Qaydaları”na 1 nömrəli əlavə
Dostları ilə paylaş: