Microsoft Word emirov vuqar doc


Azərbaycan  Respublikasının  t



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix02.01.2022
ölçüsü1,46 Mb.
#1039
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
  Azərbaycan  Respublikasının  tədiyə  balansı.  2013-cü  ildən  başlayaraq 

tədiyə  balansı  Beynəlxalq  Valyuta  Fondunun  Yeni  (6-cı  nəşr)  Təlimatının 

tələblərinə  uyğun  formatda  tərtib  edilmişdir.  Yeni  Təlimatda  dəyişikliklər  əsasən 

tədiyə  balansının  struktur  komponentlərini  əhatə  edir.  Belə  ki,  balansın 

strukturunda  Kapital  və  Maliyyə  hesabında  əməliyyatların  əvvəlki  kimi 

kredit/debet  formatında  deyil,  “xalis  maliyyə  aktivləri”  və  “xalis  maliyyə 

öhdəlikləri”  kimi  qeyd  edilməsi  tövsiyə  olunur.  Bundan  əlavə  yeni  Təlimatda bir 

sıra digər dəyişikliklər də əksini tapmışdır. 

 2013-cü  ildə  ölkənin  əlverişli  xarici  mövqeyi  qorunmuş,  tədiyə  balansı 

müsbət  saldoya  malik  olmuşdur.  l  ərzində  xarici  iqtisadi  əməliyyatların  müsbət 

saldosunun  əldə  olunmasında  neft-qaz  sektoru  mühüm  rol  oynamışdır.  Neft-qaz 

sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora 

cəlb edilən xarici kapitalın hesabına formalaşır. 

Bu  sektor  üzrə  ödənişlər  isə  mənfəətin  və  investisiyaların  repatriasiyasını, 

avadanlıqların  və  xidmətlərin  idxalını  əks  etdirir.  2013-cü  ildə  neft-qaz  sektoru 

üzrə yaranmış ümumi müsbət saldo 22.4 mlrd. $ olmuşdur. 

Kapitalın  və  maliyyənin  hərəkəti  hesabının  kəsiri  cari  hesabın  profisiti  ilə 

tam  örtülür  və  hazırda  ümumi  balansda  ÜDM-in  1/6  hissəsi  qədər  profisit 

mövcuddur  

2013-cü  ildə  ilkin  gəlirlər  üzrə  daxilolmaların  və  ödənişlərin  ümumi 

dövriyyəsi 6.2 mlrd. $-a çatmışdır. Bunun 83.3%-ni (5.1 mlrd. $) Azərbaycandan 

ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (4.1 mlrd. $) beynəlxalq neft-

qaz  konsorsiumları  üzrə  xarici  investorların  payına  düşən  gəlirlərin  repatriasiyası 



64 

 

 



64

(əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqqları (222.9 mln. 

$) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (419.3 mln. $) təşkil edir. 

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 3.3 

mlrd.  $  məbləğində  qiymətləndirilmişdir.  Bu  məbləğin  50.1%-ni  ölkəyə 

daxilolmalar təşkil edir. 

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 95.8%-ni xarici ölkələrdən fiziki 

şə

xslərin pul baratları, 1.9%-ni ölkəyə gətirilən humanitar idxal mallarının dəyəri, 



2.3%-ni isə digər daxilolmalar təşkil edir. 

Bütövlükdə,  təkrar  gəlirlər  üzrə  əməliyyatların  saldosu  müsbət  6.7  mln.  $ 

təşkil  etmişdir.  l  ərzində  xalis  maliyyə  aktivlərimiz  11.8  mlrd.  $  təşkil  etmişdir. 

Bu  göstərici  əsasən  xaricə  yönəldilmiş  birbaşa  investisiyalar  (1477.9  mln.  $), 

portfel  investisiyaları  (322.8  mln.  $)  və  digər  investisiyalar  (9958.6  mln.  $) 

hesabına formalaşmışdır. 

Birbaşa  investisiyalar  formasında  xaricdən  cəlb  olunmuş  sərmayələrin 

ümumi  məbləği  6.3  mlrd.$  olmuşdur.  Bu  investisiyaların  strukturunda  neftqaz 

sektorunun xüsusi çəkisi 82.4% təşkil etmişdir. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin