Cədvəl 12.
Azərbaycan Respublikasının 2013-cü ildə xalis maliyyə aktivləri və
öhdəlikləri, mln. $
Aktivlər
Öhdəliklər
Birbaşa investisiyalar
1477.9
2617.1
- neft–qaz sektoru
1039.0
1629.8
- digər sektorlar
438.9
987.3
Portfel investisiyaları
322.8
1041.3
Digər investisiyalar
9958.6
1609.7
- ticarət kreditləri və avanslar
4832.3
180.0
- kreditlər və ssudalar
256.0
408.9
- depozitlər və nağd valyuta
4870.3
1020.8
Neft bonusu
-
2.4
Mənbə: AMB
65
65
Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələrinin,əsasən BP Eksploreyşn
(Şah Dəniz) Ltd. layihəsivə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Azəri-
Çıraq-Günəşli yatağında görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə
iqtisadiyyatında istifadə olunmuşdur.
Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa
investisiyaların ümumi məbləği 1107.7 mln. $ olmuşdur. 2013-cü ildə
Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar isə 1534.3
mln. $ təşkil etmişdir.
2013 –cü ildə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 256 mln. $,
xalis maliyyə öhdəlikləri isə 408.9 mln. $ artmışdır. Xalis maliyyə öhdəlikləri
birbaşa dövlət və dövlət təminatlı kreditlər (409.7 mln. $), habelə banklar hesabına
(362.8 mln. $) artdığı halda, digər müəssisələr və firmalar hesabına (363.5 mln. $)
azalmışdır.
2013 –cü ildə ölkənin ehtiyat aktivləri 3841mln. $ məbləğində artmışdır.
Tədiyə
balansında
profisit
ölkənin
irihəcmli
strateji
valyuta
ehtiyatlarınınformalaşmasına səbəb olmuşdur. 2013-cü ilin yekunları üzrə ölkənin
ehtiyat aktivlərinin ÜDM-ə nisbəti 68%, idxala kifayətliyi isə 30 aydan çox
olmuşdur.
Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin
ümumi məbləği 6.3 mlrd.$ olmuşdur. Bu investisiyaların strukturunda neftqaz
sektorunun xüsusi çəkisi 82.4% təşkil etmişdir.
Beynəlxalq tranzit koridorlar. Avropa və Asiya arasında yerləşməsi
Azərbaycanı tranzit ölkəyə cevirmişdir. Beynəlxalq tranzit koridorları aşagıdakı
qlobal əhəmiyyətlı lahiyələr çərçıvəsində həyata keçirilməkdədir:
• Şimal-Cənub
• Sərg-Qərb
• Bakı-Tbilisi-Kars dəmir yolu. Geoiqtisadi cəhətdən Azərbaycanı Turkiyə və
Avropa ilə birbaşa əlaqələndirə bilər.
66
66
Azərbaycanda təbii qaz ixracı marşrutlarının diversifikasiyası. Azərbaycan
perspektivli neft-gaz ehtiyatlarına malikdir . Dəyişən dunyada yeni geoiqtisadi
situasiya bu ehtiyatlardan səmərəli istifadə problemini aktuallaşdırmaqdadır.
Beynəlxalq enerji daşıyıcıları bazarındakı müasir meyllər və «energetik
ingilab» xüsusilə təbii qaz ixracı marşrutlarının diversifikasiyasını tələb edir.
Azərbaycanda hasil olunan təbii qaz üç istiqamətdə ixrac olunur:
• Bakı-Tbilisi-Ərzurum magistral boru kəməri (Azərbaycan-Gürcüstan-
Türkiyə);
• Qazıməmməd - Astara – Bind-Biand magistral boru kəməri (Azərbaycan-
ran) (burada ran tərəfi alınan qaz həcmlərinin əvəzinə müvafiq olaraq
Naxçıvan MR-nı qazla təchiz edir);
• Qazıməmməd-Mozdok magistral boru kəməri (Azərbaycan-Rusiya).
Azərbaycanda hasil olunan qazın xarici bazarlara perspektiv nəqlinə
gəldikdə isə bu günə 4 potensial marşrut mövcuddur. Bunlara TANAP, Nabucco-
West, TAP və AGR layihələri aiddir.
Azərbaycanda üzən dəniz platformaları sahəsində xidmətlərin diversifiksıyası
beynəxalq kooperasiya əməkdaşlığı əsasında həyata keçirilir. Bunu Azərbaycanda
iqtisadi diversifikasiyanın ən ugurlu nümunələrindən biri kimi göstərmək olar. 90-
cı illərin «neft bumu» - müasir tələblər baxımından mövçud texnologiyaların
texnologiyaların yararsızlıgını göstərdi.
Azərbaycanda bu sahadə beynəlxalq kooperasiyaya aşagidakılar aiddir:
1. Azərbaycan-Türkiyə-Britaniya alyansı ATA (Amec-Tekfen-Azfen)
2. SOCAR- KEPPEL (Singapur) gəmi təmiri müəssisəsi. Azərbaycan
nvestisiya Şirkəti (A K) də konsorsiuma daxildir.
Üzən dəniz platformaları sahəsində xidmətlərin diversifikasiyası və yaxın
gələcəkdə bu siyasətin perspektivlərinin təmin olunması iki aktual problemin
həllini tələb edir:
A. Azərbaycanda neft-gaz flotunun yeni nəslini yaratmaq;
67
67
B. Qonşu Xəzəryanı ölkələrin Azərbaycanın təklif etdiyi xidmətlərdən
aktiv istifadəyə cəlb etmək
Dövlət və biznes iqtisadi münasıbətlərinin diversifikasiyası zəruriliyi.
Azərbaycanda Dövlət-biznes əməkdaşlıgına xüsusi diqqət verilməkdədir.
Azəbaycan nvestisiya Şirkətinin (A Ş) yaradılması bu tərəfdaşlıgın uğurlu
nümunəsi hesab oluna bilər. A Ş-in birbaşa iştirakı ilə gəmi təmiri zavodu, sement
zavodunun rekonstruksiyası və iqtisadiyyatin diversifikasiyasına xidmət göstərən
digər bir sira mühüm lahiyələr həyata keçirilir.
Azərbaycanda diversifikasiya modeli iqtisadi fəaliyyətin universal “inkisaf”
forması və yeni biznes sferalarına cıxış strategiyası kimi perspektiv əhəmiyyət
kəsb edir.Azərbaycan iqtisadiyyatı yeni inkişaf dövrü mərhələsinə daxil olmuşdur.
Yaxin keçmiş dövr ərzində iqtisadi artımı təmin edən amillər obyektiv səbəbdən
gələcəkdə bu funksiyanı yerinə yetirə bilməz. Reallıq bundan ibarətdir ki,
beynəlxalq bazarlarda rəqabət güclənir və yeni artım amillərinin roluna ehtiyac
artir (insan kapitali, informasiya texnologiyalarının istehsal prosesləri ilə
integrasiyası, alternativ energetika, nano – texnologiyalar). Bu baxımdan nəzəra
almınmalıdır ki:
- Diversifikasiya iqtisadi artımın uzunmüddətli əsasıdır;
- Uzunmüddətli dövrdə daxili bazarın artımı məhduddur;
- stehlak bumu obyektiv olaraq real hüdudlara malikdir;
- nvestisiya dalgalarının azalması yeni geoiqtisadi situasiya üçün
xarakterikdir.
Azərbaycanda xarici iqtisadi fəaliyyətin genişlənməsi və və yeni bazarların
mənimcənilməsi prioritet kimi elan olunmuşdur. Beynəlxalq miqyasda nəticələrin
kifayət qədər geniş olmaması yenicə diversifikasiya siyasətinini reallaşdıran ölkə
üçün aydındır və gələcəyə hesablanan kursun davam etdirilməsi zəruridir.
Bunun üçün milli innovasiya sisteminin formalaşması zəruri şərtdir. Milli
nnovasiya Sisteminin əsas formalaşma elementi kimi aşagıdakıları göstərmək
olar:
68
68
- strateji məqsədlərə uygun innovasiyaların yaradılması [təminedici innovasiyalarla
yanaşı, yeni texnologiyalar, yeni bazarlara, yeni istehlakcılara cıxışa təhrikedici
innovasiyalar] ;
- KT sirkətlərinin sürətli artımı, intelektual resurslar bazarı, elmtutumlu
məhsullar bazarı və s. bazarların yaradilması və inteqrasiyalı inkişafı;
- Yeni institutların formalaşdırılması: texnoloji transfer mərkəzləri, innovasiya
klasterləri, strateji innovasiyalı transmilli alyansların, qlobal innovasiya
firmalarının yaradılması; biznes subyektlərinin yeni qarşılıqlı münasibətlərinin
inkişafı- şəbəkə, interaktiv, virtual;
- Müasir sivilizasiya tələbləri səviyyəsində qanunvericilik bazası yaratmaq –
Intellektual mülkiyyət hüquqlarının qorunması haqqinda qanunlar, informasiya
təhlükəsizliyinin qorunması; Milli Innovasiya Sisteminin bütün elementlərinin
kompleks inkişafı və inteqrasiyasını təmin edə bilən işlək mexanizminin
yaradılması.
Belə mexanizm keyfiyyətində dövlət-korporativ tənzimləmə irəli surmək
olar. qtisadi diversikasiyanın prioritet istiqamətləri kimi - konsessiyalar,
autsorsinq, developerlik tövsiyyə oluna bilər. nnovasiya sferasında dövlət-
korporativ tənzimləmə mexanizmi cərcıvəsində vençur biznes institutunun
formalaşması, onun hüquqi bazasının yaradılması və təşkilati formalarının
müəyyənləşdirilməsı, intellektual birjaların yaradılması, dövlətin bütün
səviyyələrdə aktiv dəstəyi ilə elm tutumlu istehsalın prioritet inkişafına yönəlik
strategiyanın həyata kecirilməsi əhəmiyyətli dərəcədə aktualdir.
Azərbaycanda iqtisadi inkişafin müasir modeli MDB regionu dövlətləri ilə
daha perspektiv və səmərəli investisiya əlaqələrinin inkişaf etdirilməsində yeni
imkanlar yaratmışdır.
69
69
Dostları ilə paylaş: |