Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə259/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   255   256   257   258   259   260   261   262   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
265 
prosesdə onlar baltik, irandilli, 
slavyan 
və yunanxalqları ilə 
təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin 
tədqiqatlarına baxmayaraq, german tayfalarının ilkin dövrlərdəki 
fəaliyyəti haqda müasir elmə çox az məlumatlar əldə olunmuşdur. 
Almanlar romalıların təsiri altında xristianlığı qəbul edirlər. 
Daha sonra yaranan Müqəddəs Roma imperiyasında almanlar əsas 
rolu oynayan xalq olurlar. XI və XII əsrlərdə Müqəddəs Roma 
imperiyası İtaliya və Burqundiyanı öz ərazisinə qatır. XII əsrdən 
etibarən isə almanlar Şərqi Avropada yaşayan slavyanları əsarət 
altına almağa başlayırlar. Ostsiedlung adını alan bu proses 
nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar 
yaratmağa başlayırlar. 
XVI əsrdə Almaniyada keşiş Martin Lüterin başçılığı altın-
da reformasiya hərəkatı başlanır. Katolik kilsəsindən ayrılan
Lüteran kilsəsi 1530-cu ildən etibarən bir çox alman dövlətlərində 
rəsmi dinə çevrilir. Məzhəblərarası qarşıdurma 30 İllik müharibəyə 
(1618-1648) gətirib çıxardı, bu müharibə Almaniyaya çox böyük 
ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı. 1740-cı ildən 
etibarən alman torpaqları Habsburqlar Sülaləsi və Prussiya arasında 
rəqabət meydanına çevrilir. 
1806-cı ildə Napoleon Almaniyanı 
işğal edərək Müqəddəs Roma imperiyasına son qoydu. 
Alman dili. Almaniyada rəsmi dil Alman dilidir. Bu dil 
Almaniyada ən geniş yayılmış dildir və demək olar ki, ölkədə 
yaşayan hər bir insan bu dili yüksək səviyyədə bilir. Alman dili 
Avropa Birliyinin 23 rəsmi dilindən biridir, həmçinin 3 işçi 
dillərdən biridir. (digər iki işçi dili İngilis dili və Fransız dilidir). 
Yerli etnik azlıqların dili kimi danimarka dili, sorbiya dili, friziya 
dilləridir. Həmçinin son illərdə Almaniyaya köç etmiş miqrantların 
istifadə etdiyi dillər kimi Türk dili, Polyak dili, Rus dili və Balkan 
yarımadasından olan xalqların dilləridir. 
Bütün dünyada alman dili 100 milyon nəfər üçün əsas dil, 
təxminən 80 milyon nəfər üçün isə ikinci dildir. Alman dili Avropa 
Birliyində olan 90 milyon (18%) nəfər üçün ana dilidir. Almaniya 
əhalisinin 67% alman dilindən başqa daha bir dil, 27% isə alman 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin