ETNOPSİXOLOGİYA 271
Johannes von Telp tərəfindən yazlan əsərdir. Humanizmin əsas
nöqtəsi 1480-ci ildən 1530-cu ilə kimidir. İnsanlıq üçün yeni
ideallar axtarışı içində humanistlər köhnə Yunan tarixini
və fəsəfəsini kəşf etdilər. Əsrlərinin çoxunu almancadan çox latınca
yazırdılar. Ən məşhur alman humanistləri İbranicənin ən öndə
gedən ustalarından Johannes Reuchlin və Reformu başladan Martin
Luterin baş köməkçisi Phillip Melanchtondur.
Alman klassizminin banilərindən Frans Kafka, Tomas Mann,
Yohan Höte, Şiller, Erik Remarque, Robert Musil, Stevan Svinq,
Henrux van Kleist, Günter Qrass, Fredrix Höldern və başqaları
dünya klassizminə öz töhfələrini vermişlər. Necə deyərlər
Şeksperin İngilis klassizminə etdiyini Şiller öz yaradıcılığı ilə
alman mədəniyyətini zənginləşdirmiş və dünyaya bəxş etmişdir.
Şillerin böyük tarixi dramları da Alman ədəbiyyatınada klassik tərz
olaraq səhnədə qalmışdır. Şillerin sonraki əsərləri,eləcə də bir çox
mübahisələrə səbəb olan fəlsəfi mövzuları, Avropa tarixinin
qarmaqarışıqlığı, adi düşüncələri, böyük bir ədəbi məktəb
yaratmışdır. Onun ən məşhur əsərləri tarixi dramlarıdır.
Alman xarakteri haqqında maraqlı məlumatlar. Ölkə
ərazisində dialekt müxtəlifliyi var, şimalda yaşayanlar cənubda-
kıları çətinliklə başa düşür. Almaniyada işləmədən sosial yardımla
yaşamaq mümkündür. Demək olar ki, bütün polislər “Mersedes”
maşınlarından istifadə edir. Almanlar alman istehsalı olmayan
pivəni çox az hallarda qəbul edirlər. Alman qadınlarının bir çoxu
yemək hazırlaya bilmir. Alman qadınları kosmetikadan demək olar
ki, istifadə etmirlər. Almaniyada sınmış və ya xarab olmuş əşyanın
təmirindənsə, yenisini almaq daha ucuz başa gəlir. Alman
mentalitetinə görə onlar mübahisəyə birinci başlamırlar.
Başladılarsa da, son nəfəsə kimi davam edirlər. Almaniyada
məmurlar vergi ödəmirlər. Almanlar çox zaman “R” səsini tələffüz
edə bilmirlər. İdman alman həyatının ayrılmaz hissəsidir.
Alman atalar sözü və məsəlləri. Ağıl danışanda çox söz gərək
deyil. Ağıllı güzəştə gedər. Ağıllı üçün bir söz axmaqa verilən uzun
nəsihətdən mənalı olur. Ananın ağlamağındansa, uşağm ağlamağı