ETNOPSİXOLOGİYA 229
kimi görürlər.
Somali Stereotipləri. Somali ilə əlaqəli əsasən dörd əsas
stereotip var.
Yoxsulluq bütün Somali millətinin vəziyyətini əks etdirməsə
də 90-cı illərdə Somalidə aclıq çəkən uşaqların şəkilləri əbədi
olaraq yaddaşlardadır.
Quldurluq çox haqsız yaradılmış bir stereotipdir. On milyon
Somali vətəndaşı az sayda fərdin hərəkətindən məsuliyyət daşıya
bilməz. Somali əhalisi müsəlman və ərəb mədəniyyətinin bir
parçası olmaqdan çox məmnundur. Düyü ilə banan yeməyi sevirlər.
Yəmən Stereotipləri. Yəmən, Orta şərqdə ən çox əhalisi olan
7-ci ölkədir. Yəmən xalqı çox dindardır. Yəmən xalqı cadugərdir.
Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qatar və Bəhreyn
Stereotipləri. Son 30 il ərzində Birləşmiş Ərəb Əmirlikləri, Oman,
Bəhreyn və Qatar ciddi islam səudiyyə mədəniyyətinə sahib bir
imic formalaşdırmışdır. Qətər, Oman, BƏƏ və Bəhreyn
vətəndaşları qonaqpərvər və mehriban dostluqları olan ,
vətənpərvər bir xalq kimi yaxşı bir şöhrətə sahibdirlər.
Sudan. Sudan ərəb regionun ən yoxsul ölkələrindən biri
olduğuna və insan inkişafı indeksi ən aşağı olan ölkə olduğuna görə
onunla bağlı yoxsulluq stereotipi qaçılmazdır. Sudanlılar sadə,
mehriban və qonaqpərvər insanlardır.
Səudiyyə Ərəbistanı və Küveyt. Səudiyyə Ərəbistanı və
Küveyt ərəb dünyasının ən dini ölkələrindəndir. Bu ölkələrdə
yaşayan vətəndaşlar və qürbətçilər çox ciddi İslam qaydalarına
riayət etməlidirlər. Hər iki ölkə böhran dövründə ərəb dünyasına
kömək edib və ərəb dünyasından olan bir çox vətəndaş daha yaxşı
iş imkanları tapmaq üçün Küveytə və Səudiyyə Ərəbistanına
köçmüşdür.
Ərəb kişiləri qısqanc və hökmetmə ruhludurlar. Ümumiyyətlə
bu stereotip həqiqətdir və ərəb kişilərində ümumi keyfiyyətdir.
Lakin bu xüsusiyyətlər bir insandan digərinə və bir ölkədən və ya
bir cəmiyyətdən digərinə dəyişir. Din, ənənələr və şəxsi təcrübə bu
xüsusiyyətlərə təsir göstərən amillərdəndir.