ETNOPSİXOLOGİYA 228
bitirdikdən sonra qızların 77 faizi ali məktəblərə daxil olur və Əl-
Ayn milli universitetinin tələbələrin ümumi sayının 75 faizini təşkil
edir.
Təsərrüfatın aparılması qadınların çiyinləri üzərinə düşür,
lakin zəngin ailələrdə xadimələr bu vəzifəni üzərinə götürür,
arvadın əsas vəzifəsi isə dünyaya uşaq gətirmək və nəsil
artırmaqdır.
Stereotiplər. Ərəb xalqı ailə yönümlüdür. Uşaqlar evlənməyə
qədər öz valideynlərinin evlərini tərk etmirlər. Onlar valideynlərini
qocalar evlərinə nadir halda yerləşdirirlər.
Misir Stereotipləri. Misir xalqı çox dostcanlıdırlar.
Sosiallaşmağı sevir və ünsiyyətdə olduqları zaman tez-tez
gülümsəyirlər.
Yaxşı yumor hissi: Misirlilər komediya filmləri səbəbiylə
ərəb bölgəsində olduqca məşhur olan bir stereotipə sahibdir.
Əhalisinin 10%-i xristian, böyük əksəriyyəti isə müsəlmanlar olan
misirlilər çox dindardırlar..
Əlcəzayir, Mərakeş və Tunis Stereotipləri. Tunis, Əlcəzayir
və Mərakeş, Afrika'nın Şimal hissəsində yerləşən üç Ərəb
ölkəsidir. Bir çox insan bütün afrikalıların qara dərili olduğunu
düşünür. Bu səhvdir; Əlcəzayirlər, Mərakeşlilər və Tunislilər cənub
Avropadan daha bəyaz dəri rənginə sahibdirlər. Bu üç ölkə çox
oxşardır və ərəb dünyasının qalan hissələrindən fərqli olaraq,
əsasən, dillərində və mədəniyyətlərində güclü Fransız təsirinin
mövcudluğu ilə seçilirlər. Ərəb dünyasının əksəriyyəti üçün
anlaşılması çətin olan bir vurğu ilə danışırlar. Cəsur və
dürüstdürlər. Ölkələrin hər üçü fransız dilində çox sərbəst
danışırlar. Bu ölkələrin hər birinə aid bəzi stereotiplər mövcüddur:
Livan və Tunislər hər iki ölkə arasında uzaq coğrafi məsafəyə
baxmayaraq güclü bir əlaqəyə sahibdirlər. Bu, hər iki xalqı
birləşdirən Finikiya tarixi ilə bağlıdır. Mərakeş qadınları gözəldir.
İraq Stereotipləri. Təbii ki, İraq ərəb keyfiyyətlərinin
əksəriyyətini özündə əks etdirir (ailəyönümlü və qısqanc olmaq).
İraqlıların əksəriyyəti özlərini ağıllı, çalışqan, yaradıcı və komik