Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə230/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
236 
mərasimi keçirən ravvinin qarşisında dayanırlar. Sonra bəy üzüyü 
gəlinin barmağına keçirir.Nigah mərasimi ravvinin arami dilində 
ucadan oxuduğu dualarla başa çatır. 
Yəhudi adətinə görə oğlan doğulanda sidr ağacı, qiz
doğulanda isə şam ağacı əkilməlidir.Onların toyunda, həmin 
ağacların budaqlarından Baldaxin hörülür. Ortodoksal yəhudilər 
həyat yoldaşlarına bəzən “başert“ –taleyin qisməti də deyirlər. 
Torada poliqamiyaya icazə verilməsinə baxmayaraq , adi həyatda 
bu bəyənilmirdi. 
Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq, hər 
bir övladın müqəddəs borcu hesab olunur. Lakin, valideynlərin 
uşaqlara olan məhəbbəti, ata-anaya olan övlad məhəbbətindən 
həmişə üstün olur. Atalar sözündə deyildiyi kimi “ Valideyn 
məhəbbəti övladlara , uşaqların məhəbbəti isə öz uşaqlarına 
ünvanlanmış olur. 
Ortodoksal yəhudi ravvini bu barədə belə yazır : ”Oğul 
atasını itirir.Çox kədərlənir və üzülür. Görəsən oğul bilsə ki, 
atasından çoxlu miqdarda var-dövlət qalmışdır , onda özünü necə 
hiss edər ? Kədərlə birlikdə sevinc hissi baş qaldırır. Materialist 
tələbatdan doğan sevinc hissi kədəri arxa plana keçirir.Hər şey 
tərsinə də ola bilər. Oğul ölür . Ondan atasına xeyli var-dövlət 
qalır.Görəsən atanı həmin var-dövlət sakitləşdirə bilərmi ? Əlbəttə 
ki, yox. O bütün varını –yoxunu qurban verərdi , təki oğlu sağ 
olaydı. Budur ata sevgisi ilə ovlad sevgisi arasındakı fərq. 
Yəhudilərin etnik psixoloji xususiyyətlərinin təzahürünü 
onların dillərindədə görə bilirik. Hər bir yahudi mənşəli etnik 
qrupun aid olduqları dil qrupları olsalarda ən geniş yayılmış dil 
qrupu İvrit dilidir. İvrit- sami dillərinin Kənan dilləri qrupuna 
daxildir. 1948-ci ildən İsrailin rəsmi dövlət dilidir.B.e.ə2-ci 
minilliklərdə Fələstin yəhudiləri bu dildə danışmışlar. Qədim 
yəhudi dilinin mühüm abidəsi olan “Bibliyanın “ “ Əhdi-ətiq “ adlı 
birinci hissəsi ivrit dilində olmuş və e.ə. 13-12 əsrlərə aiddir. 
Eramızın əvvəlində arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət 
və dini dil kimi qalmışdır.Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin