Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə238/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   234   235   236   237   238   239   240   241   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
244 
adət və ənənələri ola bilər. 
Siyasi cəhətdən azad bir vətəndaş kimi, hər bir britaniyalı 
ictimai intizama tabe olmağı və kök salmış ənənələrə riayət 
edilməsini öz öhdəliyi sayır. Bu fakt ingilis xarakterinin əsas 
xüsusiyyətlərini – ənənələrə sadiqlik, tarixən qurulmuş həyat tərzini 
qorumaq arzusunu nümayiş etdirir. Universitetlər, məsələn, XVI ya 
da XVII əsrlərdə ortaya çıxmış ritualların saxlanmasına çox ciddi 
yanaşırlar. 
Sağ sükan və sol tərəfdən hərəkəti idarə haqqında hər kəs 
bilir. Lakin ölkənin sərin iqliminə baxmayaraq, köhnə evlərdə 
pəncərələrin və qapıların dəyişdirilməsinin qadağan olunması hər 
kəsə məlum deyil. İsti və soyuq suyu ayri-ayrı kranlardan təchiz 
olunmuş ingilis santexnikası xüsusilə maraqlıdır. 
Britanlar haqqında ən məşhur stereotiplərdən birinə çevrilən 
söz birləşməsi, “sərt ingilis” ifadəsidir. Amma burada əsas məsələ 
ingilislərin tanımadığı insanlarla qapalı və ünsiyyətsiz olmalarına 
məcbur edən onların sərtliyi deyil, həssaslığıdır. 
İngilislərin düşüncəsinə görə, insan xarakterinin əsas üstün 
cəhətlərindən biri özünə sahib ola bilməkdir. “Özünü ələ almağı 
bacar” sözləri bu millətin şüarını hər şeydən daha yaxşı ifadə edir. 
Həyati situasiyalardan asılı olmayaraq, insan ən azından xaricən, 
daha yaxşı olar ki, daxilən də soyuq və təmkinli olmalıdır. 
İngilislər ünsiyyətdə çox mühafizəkardırlar. Onların 
meteorologları hər gün hava temperaturunu uzun illər bundan 
qabaq olduğu kimi həm Selsi şkalasıyla, həm də Farengeyt ilə 
bəyan etməyə davam edirlər. Onlar hələ də kral hakimiyyətinə və 
kral ailəsinə etiram edirlər, baxmayaraq ki, onları tez-tez istehza 
mövzusuna da çevirirlər. İngilislər öz evlərini yüksək 
qiymətləndirirlər, onu çağırılmayan ziyarətçilərdən və yorucu 
qayğılardan gizlənməyə kömək edəcək bir qala hesab edirlər. 
Onların milli ehtirası bağbançılıqdır, hobbiləri isə ev heyvanlarıdır. 
İngilislər olduqca çevikdirlər, sərt tərələrini yumşalda bilirlər, 
qarşı tərəfin təşəbbüsünə həvəslə cavab verirlər, belə hesab edirlər 
ki, tərəfdaşlarının mövqeyini nəzərə almaqla düzgün həll yollarını 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin