Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə241/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   237   238   239   240   241   242   243   244   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
247 
İngilislər Böyük Britaniya adasında yaşayırlar. Bu həmçinin 
şotlandların və valların vətənidir. İngilislər bir çox etnik qrupların 
qarışığından formalaşmışdır – qədim iber əhalisi hind-avropa 
mənşəli xalqları ilə, kelt tayfaları, anqlların german, saks, friz, yut 
tayfaları, qismən də skandinavlar, nəticədə isə frank-normanlar.
Hər bir millətin milli xarakteri sarsılmazdır. Lakin 
ingilislərdə olduğu qədər heç bir xalqda bu qədər üstün deyildir. 
Göründüyü kimi öz təbiətlərini sanki patentləşdirmişlər. Beləliklə, 
bu millətin ilk və ən aydın xüsusiyyəti onun fərdlərini təşkil edən 
xarakterinin sabitliyi və davamlılığıdır. Onlar digərlərinə nisbətən 
dəblə keçən zamanın təsirinə daha az məruz qalmışlar. Əgər 
ingilislər haqqında yazan müəlliflər bir-birlərini təkrarlayırsa, 
bunun səbəbi, hər şeydən əvvəl ingilis xarakterinin təməllərinin 
dəyişməzliyidir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bütün 
sabitliyinə baxmayaraq xarakter tamamilə əks, hətta paradoksal 
xüsusiyyətlərdən ibarətdir və bəziləri çox aydın, digərləri isə çətin 
əldə ediləndir. Beləliklə, ingilislərə aid hər bir ümumiləşdirmə 
haqqında asanlıqla mübahisə aparmaq olar.
İngilislərin heç vaxt dəyişmədiyi iddia edilə bilməz. 
Dəyişikliklər hər zaman baş verir, lakin kənardan görünən bu 
fərqlər millətə təsir etmir. 
Yaxşı və ya pis, lakin ingilis təbiətinin kökündə olan 
xüsusiyyətləri hələ də ümumi bir məxrəc olaraq qalır, milli 
xarakterə və ümumi həyat tərzinə böyük təsir göstərir. 
Hisslərin açıq aşkar ifadəsini pis davranış hesab edir, 
ingilislər həmin anda əcnəbilərin davranışını mühakimə edir, eləcə 
də əcnəbilər ingilislərin davranışını mühakimə edir, özünü ələ 
almaq maskasını şəxsin özü kimi və ya əsl daxili vəziyyətin belə 
maska altında nə üçün gizlətməli olduqlarını dərk etmədən qəbul 
edirlər. 
İngilislərin adətən hündürboylu, qırmızıya çalan, enli sifəti, 
yumşaq sallanan yanaqları, böyük kürən bakenbardları və mavi 
gözlərində sönük baxışları vardır. Qadınlar da kişilər kimi çox vaxt 
hündürboylu olurlar. Hər iki tərəfin uzun boynu, bir az uzunsov 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin