Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə249/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   245   246   247   248   249   250   251   252   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
255 
buludlarla örtülür, soyuq küləklər Atlantik okeandan və La-manş 
boğazından əsir, hər yeri duman bürüyür. Yol qırağında hər iki 
tərəfdə cərgə ilə alma bağları, qovaq və cökə ağacları salınıb. Uzaq, 
Şimal-Şərqdə Nord (Şimalda) və Pa-de-Calé (Kale limanı) əhalisi 
əsasən kartof və çuğundur əkməklə məşğul olur. 
Fransızlar alma şərabına daha çox üstünlük verdiklərindən, 
şimalda üzümlüklər artıq yox olmaq üzrədir. Üzüm tənəklərinin 
yerini maya göbələyi əvəz edir. Şimalda yaşayan insanların təbiəti 
də cənubdakılardan tamamilə fərqlənir. 
Fransızların temperamentinin təzahür xüsusiyyətləri
Fransanın cənubunda olan aydın təbiət buranın insanlarının 
temperamentinə də uyğun gəlir. Cənublular cəld, çevik, ünsiyyətcil 
insanlardır. İsti iqlimə mənsub olduqlarından onlara evdə oturmaq 
darıxdırıcı gəlir, həyətə, kafeyə getməyə can atırlar. “Günəş 
vannası” qəbul edir, çay stolu arxasında son yerli mətbuatı 
müzakirə edirlər. Kəndlərdə və şəhərlərdə əsasən yaşlı kişilər 
möhtəşəm Çinar ağaclarının kölgəsində və fantanların kənarında 
yığışaraq, kart və ya domino oynamaqla günlərini keçirdirlər.
Cənubla şimal insanlarının temperament fərqi də böyükdür. 
Şimalda yaşayan fransızlar az ünsiyyətli və az danışan olurlar, lakin 
onlar işdə çox ciddi və bacarıqlı, dostluqda isə çox möhkəm və 
davamlı olurlar. Onlar öz keşmiş ənənələrini də qoruyub 
saxlayırlar. Şimalda yaşayanlar cənubdakılardan fərqli olaraq 
küçədə vaxt keçirməyi xoşlamırlar. Onlar havanın soyuq keçməsi 
ilə əlaqədar olaraq rahat evdə oturmağa üstünlük verirlər. 
Fransızların adət-ənənələri. Fransızlar öz keçmiş adət-
ənənələrini qoruyub saxlamağı bacarırlar. Burada çoxlu həvəskar 
(fan) klublar, folklor dərnəkləri fəaliyyət göstərir. Bayram 
günlərində şəhərin küçələrində möhtəşəm karnavallar keçirilir.
Ənənəvi xalq kostyumu olan qadın kostyumu büzməli geniş 
ətək, qollu köynək, önlük və papaqdan ibarətdir. Kişi kostyumu isə 
şalvar, köynək, jilet, gödəkcə boyun dəsmalı və şlyapadan ibarətdir. 
Kənd kişilərinin və fəhlələrinin baş örtüyü kimi indi də beretlərdən 
istifadə edirlər. Kostyumun əsas elementləri bütün Fransada 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin