ETNOPSİXOLOGİYA 254
edəndə, onlar bir-birinin əlini möhkəm sıxırlar. Dostlar da,
həmçinin bir qayda olaraq əllə görüşürlər, lakin qadınlar qucaqlaşır
və bir-birini öpürlər. Məsələn, ailə daxilində olanlar görüşərək bir-
birini qucaqlayırlar. Başqa regionun əhalisi görüşərək 2-3, bəzən də
4 dəfə bir-birlərinin yanaqlarından öpürlər. Fransızlar ailə daxili
müracətdə bir-birlərinə “sən”, kənar şəxslərə “siz” deyə müraciət
edirlər. Kənar şəxslərə “sən” deyə müraciət etmək nəzakətsizlik
hesab olunur. Amma yaşlı adamlar uşaqlara, uşaqlar da öz
aralarında bir-birlərinə “sən” deyə müraciət edirlər.
Fransız xalqının milli hissləri. Cənublu fransızların
hərəkətlərinin arxasında çox vaxt təbii fikirlər və hisslər durur.
Burada şəxsi münasibətləri, insanların bir-biri ilə əlaqəsi əsasən
tanışlıq üzərində qurulur. Bu qarşılıqlı əlaqələrdən də adətən
“müştəri” termini yaranır ki, bu da bəzən dairəvi formada
rüşvətxorluqla əlaqələrə gətirib çıxarır. Onun bəhrəsini də yerli
klanlar və mafiya qrupları görürlər. Demək olar ki, bütün cənub
fransızlarının sifətində sadəlövh cizgisi var. Lakin onlar hiyləgər,
lağlağı və danışqan adamlardır. Çox tündməcaz olurlar.
Şimalla Cənub arasındakı fərq onların tarixi taleləri ilə də
müəyyən edilir. Ölkənin Cənub hissəsi Roma Qalliyasından əmələ
gəlib. Əsasən rum mənbələrində qallar cəsarətli, zirək, fərasətli,
gözəl danışmağı bacaran, ünsiyyətcil, lakin ehtiyatsız, şöhrətpərəst,
qərarsız, tamamilə qayda-qanuna riayət etməyən xalq kimi təsvir
olunmuşdur. Əlbəttə ki, fransızlar öz xüsusiyyətlərini yaxşı bilir,
özlərinə hesabat verməyi bacarırlar.
Fransızların təbiətə münasibəti. Fransanın bənzəri olmayan
ərazisində çoxlu təzadlar və müxtəliflik görmək mümkündür.
Fransada yolun hər döngəsində mənzərə dəyişilir. Aralıq dənizinin
Cənubunda bütün rənglər açıq çalarlıdır. Burada çoxlu şam və
zeytun ağaclarına da rast gəlinir. Fransa müxtəlif balıq növləri ilə
də zəngindir. Bu ərazinin sıldırım dağları, təpələri vardır. Fransanın
Cənubu isti iqlimə mənsub olduğundan, aydın təbiət buranın
insanlarının da təbiətinə uyğun gəlir. Fransanın şimalında isə
əksinə, heç nə günəşli cənubdakı kimi deyildir. Səma tez-tez yağışlı