Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə247/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   243   244   245   246   247   248   249   250   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
253 
İngilislərin hamısı çox ağıllıdırlar, çünki onların Kembric və 
Oksfordları vardır. Xeyr, xeyr və bir daha xeyr. Təəssüf ki, 
ingilislərin hamısı özünü elmə həsr eləmir, Oksford və Kembricdə 
də onların hamısı təhsil almır.
Bütün bu stereotiplərlə tanış olmaqla yaxşı ifadəni xatırlamaq 
olar: “Geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar” (Kitabı 
üz vərəqinə görə mühakimə etməyin. Don’t judge a book by it’s 
cover). İnsanları görünüşünə görə mühakimə etmək düzgün 
deyildir, bütün millətlər unikaldır, hər bir insan təkrarsızdır. 
İngilislərin mədəniyyəti eyni zamanda digər ölkələrdən fərqlidir. 
İngilislərin adət və ənənələri təkdir və təkrarolunmazdır. 
Qaydalarda və stereotiplərdə hər zaman istisnalar mövcuddur.
 
5.2.2. Fransızların etnopsixoloji xüsusiyyətləri 
Avropada etnik cəhətdən fransızlara bənzəyən xalq çətin ki, 
tapılsın. Fransada hətta şimallılarla cənublular nəinki xarakterlərinə 
görə, hətta xarici görünüşlərinə görə də bir-birlərindən xeyli 
fərqlənirər. Məsələn, Şimalda əsasən hündür boylu, açıq mavi 
gözlü və sarışın saçlı adamlar üstünlük təşkil edir, cənubda isə daha 
çox alçaqboylu, enlikürəkli, əsmər, qarayanız adamlara çox rast 
gəlinir. Fransada bir-biri ilə tanış olduqları zaman əsasən sənətini 
və vəzifəsini deyil, harada doğulduqlarını soruşurlar. Bu daha çox 
paytaxtda yaşayanlarda özünü göstərir. Çünki Fransanın müxtəlif 
əyalətlərinin özünəməxsus xüsusiyyətləri vardır. Bununla da onlar 
kiminlə və necə ünsiyyət qurmağın, rəftar etməyin üsullarını təyin 
edə bilirlər. Yəqin ki, fransızların xarakteri ona görə ziddiyyətlidir 
ki, onlar özlərində müxtəlif əyalətlərin müxtəlif xüsusiyyətlərini 
daşıyırlar. 
Başqa xalqlardan fərqli olaraq fransızlar əsasən oturaq xalq 
hesab olunur. Fransa tarixində kütləvi emiqrasiya halına az rast 
gəlinir. Hətta xaricdə yaşayan fransızlar da qocalanda vətənə 
dönməyə üstünlük verirlər.
Etiket qaydaları və ünsiyyət. Fransızlar bir qayda olaraq əl 
ilə görüşürlər. Xüsusilə də, kimsə başqa bir şəxsi onlara təqdim 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin