ETNOPSİXOLOGİYA 261
“xəsisliyə” çevrilir. Qənaət edib pul toplamaq və qocalıqda həyatını
təmin etmək çoxlarının azusudur. Balzak heç də təsadüfi demirdi
ki, “Yoxsulluq qurtaranda xəsislik başlayır”. Fransızlar riskli
maliyyə avantürası etməkdənsə qənaət etməyi üstün tuturlar.
Fransa yüksək surətdə inkişaf etmiş aqrar-sənaye ölkəsidir.
O, ən yüksək inkişaf etmiş “Böyük yeddilərdən “biridir. Kənd
təsərrüfatı məhsulları istehsalına görə Fransa ABŞ və Kanadadan
sonra 3-cü yerdədir. Fransa Avropada ən çox taxıl, ət və süd
məhsulları, kərə yağı və pendir istehsal edən ölkələrdəndir. Ölkənin
Cənub və Cənub-qərbində günəbaxan, qarğıdalı əkirlər, eləcə də,
balıqçılıq əsas sahələrdən sayılır. Ölkə kifayət qədər dəmir, uran,
boksit və s. kimi təbii ehtiyatlara malikdir. Burada maşınqayırma,
aviakosmik, radioelektronika, dəmirçilik sənayesi yüksək səviy-
yədə inkişaf etmişdir.
Meşə təsərrüfatı sənayesi də burada əsas sahələrdən sayılır.
Bununla yanaşı ölkənin cənub-qərbində, Bordo yaxınlığında zəngin
neft yataqları da vardır.
Fransa yüksək elmi-texniki potensiala malikdir. Ölkə
əhalisinin təxminən yarısı xidmət sahələrində səhiyyə, təhsil,
maliyyə işi, turizm və s. sahələrində də çalışır. Fransa xarici ticatət
sahəsində dünyada ABŞ, Almaniya və Yaponiyadan sonra 4-cü
yeri tutur. Milli gəlirin 30%-i sosial sahədə ayrılır. Ölkədə
televiziya və kino sənayesi də çox yüksək səviyyədə inkişaf
etmişdir.
Fransız filmlərinin bir çoxu dünyanın qızıl fonduna daxil
edilmişdir.
Fransızlar hesab edirlər ki, həyatda uğur qazanmaq
əməksevərlik yolu ilə mümkündür. Bir qısım fransıza görə düzlük
və çeviklik insana uğur qazandırır. Fransızların yarışı hesab edir ki,
çox böyük pullar düz yolla qazanılmır. Ona görə də fransız
milyarderləri qəzetdə, televiziyada tez-tez görünməkdən çəkinirlər.
İxtisas ölkəsi xalqının cöğrafi mühiti və söykökü haqqında (fransızlar). Fransızlar. Avropa kontingentində ən qədim və bənzəri
olmayan, zəngin tarixə və mədəniyyətə malik olan xalqlardandırlar.