Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə258/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   254   255   256   257   258   259   260   261   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
264 
lərdən qaçaraq Almaniyaya, İsveçrəyə, Hollandiyaya, İngiltərəyə 
fransız-protestantlarını göstərmək olar. Bir də, XVI əsrdə Jak 
Kartın Kanadanın Kvebek əyalətini işğal etməsindən sonra buraya 
süni yerləşdirilən xeyli sayda fransızları misal çəkmək olar. Bu 
günədək burada-Kvebekdə 6 milyona qədər insan fransız dilində 
danışır. Hazırda xaricdə yaşayan fransızların sayı 1,5 milyonu 
ötmür ki, onların da çoxu qocalanda “vətəndə ölməyə” qayıdırlar.
 
5.2.3. Almanların etnopsixoloji xüsusiyyətləri 
Almaniya Federativ Respublikası Mərkəzi və Qərbi Avro-
pada yerləşən federativ parlamentli respublikadır.
Tərkibində 16 müttəfiq əyalət mövcuddur. Ərazisi 357 021 
kv. km. təşkil edir. Təbiəti kifayət qədər mülayimdir. Əhalisinin 
sayı 82 milyon olan Almaniya Avropa İttifaqının ən çox insan 
yaşayan ölkəsidir. Almaniya dünyada ABŞ-dən sonra ən çox 
miqrant qəbul edən ikinci ölkədir. Paytaxtı və ən böyük şəhəri 
Berlindir. Almaniya şimalda Şimal dənizi, Danimarka və Baltik 
dənizi, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və 
İsveçrə, qərbdə isə Fransa, Lüksemburq, Belçika və Hollandiya ilə 
həmsərhəddir. . 
Almaniya XXI əsrdə dünyada yerləşən ən qüdrətli 
iqtisadiyyata malik ölkələrdəndir. O, dünyada ÜDM həcminə görə 
dördüncü, alıcılıq qabiliyyətinə görə beşinci yeri tutmaqdadır. 
Almaniya yüksək həyat şəraitinə malik ölkədir. 
Almaniyanın iqlimi mülayim-dəniz iqlimi hesab olunur. Həm 
qış, həm də yay mövsümləri üçün sərin, buludlu və rütubətli hava 
xarakterikdir. Ölkə boyunca rütubətli qərb küləyi hakimdir. 
Ölkənin şimalı və şimal-qərbində hava çox rütubətlidir və ilin 
demək olar bütun fəsillərində burada çoxlu yağış yağır. 
Alman xalqının formalaşması. Alman xalqının etnik olaraq 
formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü 
illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə 
German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan 
tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin