Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə260/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   256   257   258   259   260   261   262   263   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
266 
dilindən başqa daha iki dil bilir. Ölkədə daha geniş yayılmış xarici 
dil ingilis dilidir. Xarici dil bilən almanların 51%-i ingilis dilini, 
15%-i fransız dilini, 5%-i isə rus dilini bilir. 
Almaniyada din. Alman xalqının 30% protestantlar 
(lüteranlar), 30% katoliklər, 5% müsəlmanlar təşkil edir. Maraqlı 
amillərdən biri də son illərdə Almaniyada xristianların sayında 
azalmalar nəzərə çarpsada, ateistlərin sayı artmaqdadır. 
Xristianlıq Almaniyada Roma İmperiyası və Frank 
Krallığı dövründə yayılmağa başlayıb. İlk dövrlərdən Almaniya 
əhalisi Roma Katolik kilsəsinə sadiq olsa da, reformasiya hərəkatı 
başlanan zamandan etibarən Almaniya katolik kilsəsindən ayrıl-
mağa başladı. 16-cı əsrdən etibarən daha çox alman protestanlığı 
qəbul etdi. Hal-hazırda da Almaniyadakı xristianların əksəriyyəti 
protestant olmaqdadır. 
İslam barədə Almaniya tarixində az məlumat var. Almaniya 
torpağına ilk gələn müsəlmanlar 1683-cü ildə Vyana müha-
sirəsi zamanı əsir düşmüş türk əsgərləri olmuşdular. Daha sonra 
onların bir çoxu ya xristianlığı qəbul edərək Almaniyada qalmış, ya 
da öz vətəninə qayıtmışdılar. Daha sonra rus-osmanlı muharibə-
lərində əsir düşmüş türk əsgərləri bir neçə dəfə Almaniyaya 
gətirilmişdi. 
Almaniyada ilk məscid 1779-cü ildə tikilir. Hal-
hazırda da müsəlmanlar ateistlərlə birgə sayı sürətlə artan 
qruplardandır. 
Almaniya həmçinin yəhudilərin ənənəvi olaraq yaşadığı 
ölkələrdən biri sayılıb. Almaniyanın birləşməsindən əvvəl, 1989-cu 
ildə burada 30.000 yəhudi yaşayırdısa, SSRİ-nin dağılmasının 
ardından bir çox yəhudinin bura köçməsi onların sayının 
çoxalmasına səbəb olmuşdur. Verilən statistik məlumatlara görə 
2004-cü ildə Almaniyada 200.000-ə yaxın yəhudi yaşayır. Bundan 
başqa ölkədə təxminən 250.000 buddist yaşayır ki, bunların da 
yarısı Asiya ölkələrindən bura gəlmiş immiqrantlardır. 
Alman milli xarakteri. Hər bir etnosun özünə mənsub olan 
yaxşı və pis özəllikləri onların xarakteristikası olaraq digərlərindən 
fərqləndirir. Həqiqət ondadır ki, Avropa coğrafiyasında yaşayan 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin