Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə268/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   264   265   266   267   268   269   270   271   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
274 
hədiyyələr bağışlanır və şamlar yandırılır ki, şamın sayı yaşın sayı 
qədər və bir dənə də əlavə olunur. Bəzən ad günləri həmin gün 
deyil, daha əlverişli günə və ya bazar gününə keçirirlər. Lakin, bu 
gün mütləq ad günündən sonraki günə aidolmalıdır. Çünki, anadan 
olduğu gündən tez keçirilərsə, bunun bədbəxtlik gətirəcəyinə 
inanırdılar. 
Gənc oğlanlar və qızların həyatında 2-ci əsas hadisə kilsədə 
yeniyetməliyə qəbul olunmalı idi. Bu mərasimə protestanlar 
“konfirmasiya”, katoliklər isə “kommonion” deyirlər. Həmin gün 
yeniyetmə gənclər ya təzə paltar, ya da ən gözəl paltarlarını 
geyinirdilər. Kilsədə keçirilən mərasimdən sonra evdə bayram 
süfrəsi açılırdı. 
Almanlarm yas adətləri. Almanlarda yasla, ölü ilə bağlı çox 
az adət və inanclar saxlanılmışdır. Qeyri-adi səslər, gurultu, 
güzgünün sınması, saatın xarab olması bədbəxt hadisə kimi və 
ölümün yaxınlaşması kimi qəbul olunurdu. Kəndlərdə ev yiyəsinin 
ölməsi xəbərini birinci heyvanlara və bar verən ağaclara 
söyləyirdilər. Axirət dünyasına inam olduğu üçün qəbrə ölən 
insanın əşyaları qoyulurdu. Bayram günlərində mütləq qəbirsanlığa 
gedib, ölüləri yad edirdilər. Orta əsrlərdə varlı insanlar yas 
mərasimlərini dəbdəbəli təşkil edirdilər. Basdırma adətlərini 
çətinləşdiridilər. Dəbdəbəli sərdabələr tikdirir, kilsə ətrafında 
basdırır, qəbir daşlarının üzərinə epitafıya yazdırırdılar. Hələ XX 
əsrdə də imkana görə birinici, ikinci və üçüncü dərəcəli dəfn 
mərasimləri keçirilirdi. Bəzi bölgələrdə ruhları qovmaq üçün 
qəbirlərdən taxtalar götürərək, körpülərin, yol ayrıclarının, kiçik 
kilsələrin üzərinə bərkidirdilər. 
5.2.4. Amerikalılar və ispandilli xalqların 
etnopsixoloji xüsusiyyətləri 
Şimali Amerika ölkələrinin siyahısı Şimali Ameri-
ka qitəsində yerləşən 23 dövlət və əraziyə verilən ümümi addır.
Şimali Amerika sahə baxımından Asiya və Afrikadan sonra 
dünyanın ən böyük üçüncü, əhali baxımından isə Asiya, 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin