ETNOPSİXOLOGİYA 270
mövcuddur. Burada təhsil ilə əlaqədar işlərə mərkəzi hökümət
deyil, federal əyalətlər cavabdehdir. Uşaq bağçalarına gediş
könüllü olsa da, orta məktəbdə 9 illik təhsil ölkədəki bütün uşaqlar
üçün məcburi xarakter daşıyır. Bu gün Almaniyanın ali
məktəblərində 1,98 milyon tələbə təhsil alır. Onların demək olar ki,
yarısı, 48 faiz qadınlardır. Ümumilikdə 376 ali məktəb ali təhsil
təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və
69-u özəl ali məktəbdir. Ötən illərdə xarici tələbələrin sayı hiss
olunacaq dərəcədə artmışdır.
Bu gün Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə
təhsil alır. Onların demək olar ki, yarısı, 48 faiz qadınlardır.
Ümumilikdə 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-
si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir.
Ötən illərdə xarici tələbələrin sayı hiss olunacaq dərəcədə
artmışdır. 160-dan çox şəhərdə 376 ali məktəb gənclərə ali təhsil
verir. Elmi cəhətdən güclü olan məktəblər yalnız Berlin və Hambuq
kimi böyük şəhərlərdə deyil, Haydelberq kimi balaca şəhərlərdəki
təhsil məktəbləri də bütün dünyada tanınır.
Alman ədəbiyyatı. Alman
ədəbiyyatı Mərkəzi Avro-
pada yaşayan almanca danışan xalqların ədəbiyyatıdır. Almaniya,
Avstriya, İsveçrə və bunların yanındakı xalqların ədəbi yaradı-
cılığını əhatə edir. Digər Avropa ədəbiyyatı ilə müqayisə edildikdə
Alman ədəbiyyatında nisbətən daha çox fərqlilik görsənir. Burada
əsas amil kimi XVIII əsrdə paytaxtı Berlinin meydana gəlməsi və
buna qədər almanca danışan xalqların fransızların Parisi,
ya
da ingilislərənin London kimi bir paytaxtlarının olmaması idi. Daha
doğrusu Almaniya uzun müddət ayrılıqlar və bölünmələr halında
yaşamışdır. Bu tip bölünmələr 1600-cü illərdəki dini döyüşlər
boyunca 1900-cü illərin ortasından başlayan Soyuq müharibələr
vaxtı sıx yaşanmış idi. Bildiyimiz kimi Almaniya Reformasiya
deyilən dini hərəkatın mərkəzi olması səbəbi ilə 1500-cü illərdə
Protestanlıq ortaya çıxdığı yerdir.
Alman humanizmi 1350-ci illərdə universitetlərin yaradılması
Bohemyada başladı. Bu dövrün ən bilinən Alman əsəri olan,