ETNOPSİXOLOGİYA 272
yaxşıdır. Atalar sözündə həqiqət deyilir. İşıq kölgəsiz olmur. Kor
doğulan işığa inanmaz. Mərd düşmən namərd dostdan yaxşıdır.
Mərdliyin itirən hər şeyi itirir. Nifrəti bacarmayan, məhəbbəti də
bacarmaz. Uşaqların körpəsi diz ağrıdar, böyüyü - ürək ağrıdar.
Alman bayramları. Dünya xalqlarında olduğu kimi alman
xalqının da milli və həmçinin beynəlxalq xarakter daşıyan
bayramları mövcuddur:
11 Noyabr karnavalı (fevralın sonundan martın əvvəlinə
qədər),
1 May – Zəhmətkeşlər Günü, may və iyun aylarında keçirilən
Ruhlar Günü, Bavariya və Saarda keçirilən Məryəmin qeydi günü,
3 oktyabr – Birləşmə günü,
31 oktyabr – Reformasiya Günü,
1 noyabr – yalnız katoliklərin keçiridiyi “Müqəddəslər
Günü”,
25 oktyabr – Hz.İsanm anadan olması,
6 dekabr – Nikolaus Günü,
14 iyul – Məhəbbət paradı,
1 sentyabr – Bilik Günü,
23 aprel Uşaqlar Günü.
Almanların toy adətləri. Toy mərasiminin əsas mərhələləri
elçilik, nişan, toydan əvvəlki axşam (polter abend) və 3-4 gün
davam edən toy şənliyindən ibarətdir. Müasir Almaniya da artıq bu
adət və ənənələr özlərini o qədərdə doğrutmur. Elçi adətən, ya
qohum ya da bəyin dostu olurdu. Keçmişdə elçi qızın ailəsi ilə hər
hansı bir malın alınması haqqda məsələn isti sıyıq haqqında və s.
haqqında danışıqlar aparmalı idi. Əgər ailə ona yox cavabı vermək
istəyirdisə, elçiyə boş səbət verirdilər. Amma nişan taxılmışdısa,
toy mütləq idi və əgər nişan pozulardısa, pozan tərəf pul təzminatı
ödəməli idi. Bəzən nişan taxıldıqdan sonra toy bir neçə il də gec ola
bilərdi. Bu o zaman ola bilərdi ki, bu müddət ərzində bəy özünə
yeni ev, təsərrüfat və ya iş qurmalı idi. XIX əsrin sonlarınadək
nikahlar yalnız kilsədə bağlanılırdı. Sonralar vətəndaş nikahları da
bağlanmağa başlandı. Polter Abendi qız öz evində, oğlan isə