ETNOPSİXOLOGİYA 280
evinə getsəniz, masanın üzərində fastfood yox amerikanların milli
mətbəxinə aid bir yemək görəcəksiniz. Hər hansısa bir yeməyin
resepti ştatdan asılı olaraq dəyişə bilər. Məsələn, şimal ştatlarına
xarakterik olan yeməklər əsasən: kartof, mal ətindən bifşteks və
şokoladlı tort. Həm də orta qərbə italyanlar cox təsir etdiyinə görə
burada milli yeməklərə pizza da aid edilir. Cənub-qərbin milli
yeməklərinə isə meksikanlar təsir etmişdir. Belə olduqda
amerikanın cənub-qərb hissəsinin milli yeməklərinə: faxitos, takos,
burritos daxildir. Amerikan yeməklərində əsasən düyü qarnir kimi
verilir. Həmçinin amerikan mətbəxini və yeməklərini özəlləşdirən
bir səbəb də onların ədviyyatlardan geniş istifadə etməsidir.
Xüsusilə də, burada istiot, sarımsaq, zənçəfil, darçın, qərənfil, vanil
kimi ədviyyatlardan istifadə edilir. Amerikan mətbəxinin əsas
simvolu olan yemək almalı piroqdur. Amerikan mətbəxi öz
rəngarəngliyi ilə və müxtəlifliyi ilə insanları heyran edir. Hətta
Amerikan mətbəxi çox da uzun və dərin tarixə malik olmasa da,
hal-hazırda Amerikan reseptləri bütün dünya mətbəxlərinə təsir
etməsi tamamilə inkar edilməz faktdır. İspanlar yalnız adi
ərzaqlardan istifadə edərək yeməklər yaratmamışdılar. Onlar həm
də meksika-hindularının fikirləri ilə öz fikirlərini birləşdirmiş və
Amerikan mətbəxinin bir hissəsini formalaşdırmışdılar. Quldarlıq
Amerika tarixində bir faciədir. Quldarlıq Amerika mətbəxinə çox
güclü təsir göstərmişdir. Qara dərililər Amerikaya ekzotik kulinar
komponentləri (araxis, okru) gətirmişdilər. Halbuki, bu
komponentlər birinci Peruya daha sonra Şimali Amerikaya
Afrikadan gətirilmişdir. Afrika qulları əsasən donuz əti ilə
qidalanırdılar. Donuzun yaxşı hissələrini qulların sahibləri yeyirdi,
qalan yerləri isə qullar dadlı yemək vəziyyətinə salıb yeməli idilər.
Amerikaya çin və italyan mühacirləri də gəlmişdilər və bu
mühacirlərin də Amerika mətbəxinə güclü təsiri olmuşdur. Əgər siz
Amerikaya getsəz hansısa böyük restorana girsəz orada yeməklərin
İtalyan və Çin mətbəxinin elementlərini görəcəksiniz. Əlbəttə, Çin
mətbəxi Amerikada İtalyan mətbəxindən sonra ikinci yer tutur. Çin
mətbəxini Amerikaya dəmir yolunda işləmək üçün gələn