ETNOPSİXOLOGİYA 288
məlum olmasa da, onun qədim ənənələrə bağlı olduğu bəllidir. Rio
de JaneyronunTurizm Nazirliyi hər il karnaval ərəfəsində
məktəblər arasında samba rəqs yarışları keçirir. Tədbir ölkənin
bütün telekanalları vasitəsilə canlı yayımlanır. Bu yarışlarda hər bir
məktəb özünün hərəkət edən meydançasında fərqli geyimlər,
musiqilər və rəqslər nümayiş etdirir. Yarışmanın sonunda qaliblər
elan olunur və mükafatlandırılır. Sao Paulo və Salvadorda bu
bayramı qeyd edənlər də çoxdur. Xüsusilə, Salvador şəhərindəki
karnaval şəhərin bütün küçələrində, eləcə də pulsuz izlənilə bilər.
Lakin ən böyük və ən möhtəşəm karnaval Rio-de-Janeyroda qeyd
olunur.
Braziliyada ictimai bayramlar həm dövlət, həm ştatdaxili,
həm də bələdiyyə səviyyəsində qanuni olaraq qeyd olunur. Əksər
bayramlar ümummilli formada qeyd edilsə də, bəziləri yalnız
ştatdaxili qeyd olunur.
İllik rəsmi bayramlardan başqa Braziliya hökümətinin qəbul
etdiyi konstitusiyaya görə, ölkədə keçirilən seçki günləri də milli
bayram hesab edilmək-dədir. Hər il ümumi seçkilərin birinci
turu oktyabr ayının ilk bazar günü, ikinci turu isə son bazar
günü keçirilməkdədir. Bundan başqa Braziliyada müxtəlif milli və
etnik bayramlar da qeyd olunur.
Argentinada təşkil edilən festivallar ölkənin mədəniyyətini
bilmək üçün əla bir yoldur. Argentinanın yeni ili qeyd edən“Milli
Festival” musiqilərin,ənənəvi yemək və içkilərin, Argentinanın
folklor ənənələrinin sərgiləndiyi canlı və bənzərsiz bir festivaldır.
Yanvar və Mart ayları arasında ölkəni ziyarət edirsinizsə,
ölkənin hər yerində qeyd olunan karnaval sizi gözləyir deməkdir.
İnsanlar ölkənin hər yerindən gəlirlər. Bu bayramda zirehli
geyimlər, köpüklü geyimlər, fantaziya geyimləri, içkilər, rəqslər,
musiqi və əyləncələr hamısı bir araya gəlir.
Beynəlxalq Tanqo Günü. Argentinada dekabrın 11-i məşhur
argentinalı və kino aktyoru,”Tanqo kralı” Karlos Qardelyanın ad
günündə Beynəlxalq Tanqo Günü (International Day of Tango)
qeyd olunur.. Bu, fəlsəfəsi daimi mübarizəyə əsaslanan rəqsin