ETNOPSİXOLOGİYA 285
haqqında müəllim fərdi görüş zamanı valideynlərə deyir, ona görə
əlaçı sinif yoldaşını oğluna və ya qızına nümunə göstərmək şansı
yoxdur. Əxlaq və mənəviyyat haqqında anlayışları şagirdlərə
öyrətmək üçün böyük insanların aforizmlərindən ibarət müxtəlif
plakatlar məktəbin divarlarında asılır.
Böyüklərlə ünsiyyət. Valideynlər həmişə məktəbin həyatında
praktik olaraq iştirak edirlər və öz uşaqlarının işləriylə daim
maraqlanırlar. Uşağın istənilən nailiyyəti, məktəb konsertində çıxışı
və ya yaxşı qiyməti bütün ailənin sevincinə və heyranlığına səbəb
olur. 8 düşüncəsinin təzahürü xüsusilə qiymətləndirilir. Demək
olmaz ki, amerika məktəblərində dərslərdə tam xaos hökm sürür,
onlardan çoxunda elə qaydalar var ki, riayət etmək lazımdır.
Tamamilə sərt intizam da var, lakin uşağın şəxsiyyətinə, onun
fikirlərinə, onun inanclarına böyüklər həmişə hörmət edir.
Azadlıq. Amerika uşaqları, öz Avropa həmyaşıdlarıyla
müqayisədə, gecə təxminən bir-iki saat daha gec yatırlar. Burada
vaxtda fərqi yoxdu valideynlər oğulların və qızların arzularına daha
azad yanaşırlar, müəllimlər üçün öz şagirdlərinin qərarlarına
baxmaq sadədir: məsələn, hamilə yeddinci sinif şagirdi, heç vaxt
"məktəbin utancı" olmayacaq, ona sadəcə məktəbin tibb bacısı
diqqət ayıracaqdır. Amerikalılar tez sərbəst olurlar və doğma
ailədən ayrılırlar, qohumlardan kömək gözləmirlər amerika
nənələri və babaları, məsələn, səyahət etməyə və şəxsi işlərlə
məşğul olmağa üstünlük verərək heç vaxt nəvələr ilə oturmurlar.
Amerikada uşaqların tərbiyəsinin əsas xüsusiyyətləri:
1.Ata uşaqlarla oturur, ana ailəni təmin edir. Amerika üçün
tamamilə normal hadisədir.
2.Uşaqlar pərəstiş etmənin və heyran olmanın predmetidir.
Məktəb və uşaq baxçası bayramları ənənəvi bütün ailəylə getdikləri
hadisələrdir.
3. Uşaq ailənin bütün üzvləriylə bərabər səsvermə hüququna
malikdir.
4. Uşağa hörmət edirlər və toxunulmazlıq hüququna malikdir.
5. Uşaqlara hərəkətlərin tam azadlığı çox tez verilir. Beləcə